Allahşükür Paşazadənin varisinin adı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür
Paşazadədən sonra bu posu kim tuta bilər... Belə olan təqdirdə şeyxin
varislik məsələsi gündəmə gəlir.
1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri
vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları
İdarəsi Qazılar Şurasının sədridir.
1992-ci
ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru
elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.
Allahşükür Paşazadənin 5 qızı və 1 oğlu, nəvələri var.
www.anews.az
O zaman Şeyx Allahşükür
Paşazadənin varisi kim ola bilər? Modern.az mövzu ilə bağlı şeyxin
qudası Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb.
Hacı Qalib
Salahzadə açıqlamasında deyib ki, o, bir varis tanıyır: "Şeyxülislam
Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd
Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları.
Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət
etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.
Şeyxin qudası
varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə
çatdırıb: "Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram,
inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq
qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir
yolla gedir. Onlar da dindar insanlardır”.
Qalib Salahzadənin
sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığa qarşı çıxan
adamdır: "Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir.
Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim
etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı
kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük
lider Heydər Əliyev dayanır. ikinci yerdə isə Allahşükür Paşazadəni
görürəm”.
Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra
"Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində
çalışıb.
A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.
O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir.
Müxtəlif orden və medallarla təltif edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























