KİV: Özbəkistan prezidentinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub

Asacon Xocayev musiqi festivalının işıqlandırılmasındakı çatışmazlıqlara görə vəzifəsindən azad edilib.
Asacon Xocayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə hökumətdəki mənbələrinə istinadən "daryo.uz" internet nəşri yazıb.
Məlumata görə, A.Xocayev dövlət müşavirinin müavini - prezidentin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub.
Öz növbəsində, "kun.uz" internet nəşri A.Xocayevin hazırda Səmərqənddə keçirilən "Şark taronalari" musiqi festivalının işıqlandırılmasındakı yol verdiyi xətalara görə vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Xocayev Ş.Mirziyoyevin mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu ilin mart ayında təyin olunmuşdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























