• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb

Qarabağ müharibəsində bir ailənin 28 üzvü itkin düşüb
30.08.2017 21:16
"23 il əvvəl əldə edilən atəşkəs sazişi Dağlıq Qarabağ münaqişəsini dondurmaqla bərabər, həmin münaqişədə yaxınları itkin düşmüş ailələr üçün zamanı da sanki dondurub. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həmin ailələrin əzizlərinin talelərini aydınlaşdırmağa yardım etməkdə davam edir".

BQXK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 30-u Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar təşkil olunan anım mərasimində çıxış edən BQXK-nın itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi Daniel Messerli qeyd edib ki, silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər: "Hətta, bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir".

Məmmədova Əsli bu vəziyyətlə yaxından tanışdır. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 28 ailə üzvü itkin düşüb. "Əzizlərinin itkin düşməsi ilə yaşamaq onların həyatını itirməsini qəbul etməkdən daha çətindir. Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram.”

Məlumata görə, 2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması fəaliyyətini həyata keçirir. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsəd, bu məlumatları toplayaraq onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün istifadə etməkdir.

BQXK eyni zamanda itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərməyə də çalışır. 2012-ci ildə Bakı nümayəndəliyi Müşayiət Proqramına start verib və bu layihə vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərilib. Bundan əlavə, 103 şəxs "müşayiətçi” təlimi alaraq dəstək qrupları ilə işləmək bacarıqları əldə etmiş, 15 şəxs isə koordinator bacarıqlarına yiyələnib.

Səlyan rayonundan olan müşayiətçi Əliyeva Şəhla qeyd edir ki: "Mən kömək etmək istəyirəm. Adətən insanlar mənimlə danışdıqdan sonra özlərini daha yaxşı hiss etdiklərini deyirlər. Bu, mənə gördüyüm işin yararlı olduğunu hiss etmək imkanı verir.”
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol