• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan S-350 alır? - Azərbaycanda isə “Barak-8” də var

Ermənistan S-350 alır? - Azərbaycanda isə “Barak-8” də var
31.08.2017 12:06
Rusiya gələn il Cənubi Koreya ilə birgə hazırladığı C-350E "Vityaz” zenit-raket sistemini xarici sifarişçilərə təklif edə bilər.

AzVision.az xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, yeni sistem "С-400” raket komplekslərindən yığcam və ucuz olsa da, "C-300” raket komplesinin bütün imkanlarına malikdir:

"Yeni sistem yaxın döyüşdə "Zireh” və ya "Torami” əlavə qoruyuclar olmadan da işləyə bilər. Bunun sayəsində "С-350E”, hətta "Buk-M3”-dən üstündür. Bu silahı xüsusən pilotsuz təyyarələrin və qanadlı raketlərin hücumlarından qorxan ölkələr daha çox istəyə bilər. Çünki C-350E "Vityaz” pilotsuz təyyarələrdən, qanadlı raketlərdən müdafiə olunmağa imkan verir və Hava Hücumundan Müdafiə sistemi ilə təchiz olunub”.

Nəşr qeyd edib ki, silah hərəkətdə olduğu zaman atəş açmır. Lakin onun döyüşə hazır olması cəmi beş dəqiqə çəkir: "Yeni silah 60 km yüksəklikdə və 10 m-dən 30 km-ə qədər məsafədə olan aerodinamik hədəfləri, təyyarə və qanadlı raketləri məhv etmək qabiliyyətinə malikdir. 3PC 30 km məsafədə və 25 km hündrülükdə olan ballistik hədəfləri də sıradan çıxara bilər. Bir qurğu 12 raketlə təchiz edilib. Ekipaj üzvü isə 3 nəfərdir. İş tamamilə avtomatik aparılır”.

Qəzetin iddiasına görə, hələ ki, Azərbaycan bu yeni silah növünü almağa tələsmir: "Ermənistanın bu silahı alması ilə bağlı fikirlər ekspertlər səviyyəsində səslənir. Lakin istisna deyil ki, Rusiya güzəştli qiymətlərlə Ermənistana bu kompleksi sata bilər. Nəzərə alsaq ki, Azərbaycan Silahlı Qüvvələrinin silah təchizatında olan pilotsuz uçuş aparatları rəsmi İrəvanı ciddi narahat edir. Digər tərəfdən Azərbaycanın bu silahı almasına da ehtiyac yoxdur. Çünki, onun silah arsenalında "С-350E”-nin texniki-taktiki göstəricilərindən dəfələrlə üstün olan "Barak-8” uzun mənzilli zenit-raket kompleksləri var”.

Qeyd edək ki, İvrit dilində "İldırım” mənasını verən "Barak” ZRK İsrailin "Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK "Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. "Barak-8” ZRK-nin atış mənzili 90 km, "Barak-8ER” konfiqurasiyasının isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik "Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). Bəzi sifarişlərdə kompleksə "Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 "Gren Pine” radarı daxil edilib. "Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol