• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş əsgər: "Orduda intihar edənlərin sayı daha çoxdur"

Keçmiş əsgər: "Orduda intihar edənlərin sayı  daha çoxdur"
31.08.2017 18:22
"Orduda sıravi hərbi qulluqçuların vəziyyəti dəhşətlidir, çoxları zabitlərin davranışlarına dözməyərək intihar edir".


AFN erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan ordusunun keçmiş əsgəri David Arian "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Övladlarının daha bir ay da xəstəxanada qalması üçün ailəsinin avtomobillərini, qarajlarını satdığı və ya kredit götürdüyü xeyli sayda oğlan tanıyıram. Cinsindən asılı olmayaraq, hərbi xidmət asan iş deyil. Hərbdəki çətinliklərin öhdəsindən gəlməkdə mənəvi çətinlik çəkən və buna görə də dözməyərək intihar edən insanlar var. Özü də bu yolla ölənlər cəbhədə qarşı tərəfin gülləsindən ölənlərin sayından çoxdur", - D.Arian bildirib.

Keçmiş əsgər xatirələrini bölüşüb, o cümlədən bütün hərbi hissənin bir anda bağırsaq infeksiyasından xəstələndiyini qeyd edib.

"Elə alındı ki, bütün hərbi hissədə hamıda qanaxma oldu. Tibb məntəqəsində mənə dərman verdilər, amma kömək eləmədi. Bağırsaq infeksiyası bütün hərbi hissələrdə yayılır. Ayaqyoluna gedə bilmədiyimizdən 20 gün yeməkxanada heç nə yemədik. Evə zəng edib "Narine" (müalicəvi bitki - red.) göndərmələrini istədim. Xidmətin sonuna qədər ondan içdim. Bu, mənə bir qədər kömək elədi, amma indi də qarnımda ağrılar var. Xidmət davam edirdi, ağır fiziki işlər, gecə növbəsi, poliqon. Əsgərlərin sağlamlığı ilə əlaqədar problemlər zabitlərin vecinə də deyildi. Hərbi hissədə "Kobra" ləqəbli zabit var idi. Ona bu ləqəbi ona görə vermişdilər ki, əlini kobra ilanı kimi tutub əsgərlərin alnına vurardı. Başqa bir zabit isə əsgərlərin alnına əli ilə vurudur. Bir neçə dəfə belə halların şahidi olmuşam", - keçmiş əsgər yazıb.

Onun sözlərinə görə, xidmət zamanı "Çyolka" ləqəbli polkovnik-leytenant Ararat Melkumyan əsgəri döyüb: "O, çox qəddar adam idi. Kəmərləri sıx bağlnamayan uşaqları cəzalandırırdı. Əsgərləri yanına çağırır, kəmərin dəmir hissəsi ilə başlarına vururdu. Bir dəfə ayağımdan elə vurdu ki, uşaqlar məni qucaqlarında tibb məntəqəsinə aparmalı oldular. Üç gün yataqda qaldım, bundan sonra isə bir həftə əsas ilə gəzdim".

Onun sözlərinə görə, əsgərlərin bir çoxi aşağılayıcı addımlara dözməyərək intihara cəhd edir: "Alçaldıcı hərəkətlər və göstərilən təzyiqlər səbəbiylə çoxları damarlarını kəsməyə çalışıb. Hətta bir dəfə əsgər başı ilə tibb məntəqəsinin pəncərəsini qırıb özünü aşağı atdı, xoşbəxtlikdən sağ qaldı".

Keçmiş əsgər yazıb ki, xidmət zamanı şəxsi heyət daxilində müharibənin bərpası təqdirində əsgərlərin əvvəlcə geri dönüb öz zabitlərini güllələyəcəyi ab-havası var idi. "Elə əsgərlər var idi ki, sırf zabitlərini qanına qəltan eləmək üçün müharibənin başlamasını istəyirdi", - D.Arian qeyd edib. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol