Qazaxda top mərmisi aşkarlanıb

Qazaxda top mərmisi aşkarlanıb. APA-nın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, 30 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu Cəfərli kəndi ərazisində partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
Məlumatın günün sonunda daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu 31 avqust 2017-ci il tarixində həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 85 mm-lik top mərmisi (BR-365) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 100 kv.m ərazi yerüstü yoxlanılıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib