Zakir Həsənov əsgərləri sevindirdi

Bu gün hərbçi yaxınları öz yaxınlarını ziyarət edə biləcəklər. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Qurban bayramı münasibətilə hərbi hissələrdə "Açıq qapı” günü keçiriləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” saat 11.00-da təşkil olunacaq.
Bu gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























