• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın müdafiə nazirinin müavinindən ETİRAF — Qarabağla bağlı

Ermənistanın müdafiə nazirinin müavinindən ETİRAF — Qarabağla bağlı
05.09.2017 15:59
Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan Azərbaycanın Qarabağ münaqişəsini müharibə yolu ilə həll edəcəyini bildirib.

"Ölkə.Az" xəbər verir ki, Zakaryanın fikrinə əsasən rəsmi Bakının silahlanmaya böyük pul ayırması bundan xəbər verir.

Nazir müavini deyib: "Azərbaycan silahlanma siyasətini bazar və silah çeşidlərini artıraraq davam etdirir. Rəsmi Bakının silahlanmaya böyük pul ayırması Qarabağ münaqişəsinin müharibə yolu ilə həll etmək barədə qərarından xəbər verir".

Artakın etirafları bununla da bitmir. Bəyanatından da məlum olduğu kimi erməni nazir müavini hay siyasətinə sadiq qalaraq hay-küy qaldırmaq, Rusiya və ATƏT-i ittiham etməkdədir: "2013-cü ildən Azərbaycan təmas xəttində vəziyyəti gərginləşdirir. Ermənistanın beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bu barədə məlumat çatdırması cavabsız qalır".

Görünən budur ki, erməni tərəfi 2016-cı ilin qısa müddətli aprel zəfərini hələ də həzm edə bilmir. Bunu Artakın çıxışından da sezmək mümkündür: "1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. Amma Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlarda nəzarəti özünə qaytarmaq istəyir. 2016-cı ilin aprel ayında baş verən qısamüddətli müharibədəki hərbi əməliyyatlar da həm birinci Qarabağ müharibəsi, həm də atəşkəsdən sonrakı misilsiz döyüşdür. Bütün təmas xətti boyu intensiv atəş, müxtəlif növ silah və hərbi texnikanın istifadəsi, cəlb edilən canlı qüvvə bunu deməyə əsas verir. Ermənistan qarşı tərəfin hücumunun və geniş hərbi əməliyyatların qarşısını almaq üçün tədbirlər tökür".

Ermənistan müdafiə nazirinin müavini qeyd edib ki, danışıqlar prosesində ciddi irəliləyiş olmasa, cəbhə xəttində ciddi toqquşma və vaxtaşırı vəziyyətin kəskinləşməsi davamedici xarakter alacaq. Bununla barışmaq lazımdır.

Bununla da erməni tərəfi danışıqlarda irəliləyişin olmaması təqdirdə müharibənin yenidən alovlanacağını dərk edirlər. Ermənistanın müdafiə nazirinin birinci müavininin belə etirafı bir çox mətləblərdən xəbər verir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol