Rusiya hərbi birləşmələri Qarabağda döyüşməyəcək?

Yeni yaranmış Birləşmiş Ermənistan-Rusiya hava hücumundan müdafiə sisteminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi rəhbərlik edir. Bunu çərşənbə günü, sentyabrın 6-da Müdafiə, milli təhlükəsizlik və daxili işlər məsələləri üzrə daimi parlament komissiyasının iclasında Ermənistanla Rusiya arasında "Ermənistan və Rusiya silahlı qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında” Sazişin müzakirəsinin gedişində Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib.
Qərbyönümlü "Çıxış” bloku parlament fraksiyasının deputatı Sasun Mikaelyanın Azərbaycan tərəfinin Ermənistanın Tavuş rayonuna hücumları zamanı Rusiya tərəfinin heç bir addım atmaması ilə bağlı iradına cavab olaraq müdafiə nazirinin müavini bildirib: "Tavuşa hücumlar zamanı biz nə Rusiya tərəfinə, nə də KTMT-yə heç vaxt müraciət etməmişik. Buna lüzum yox idi. Əmin deyiləm ki, yaxın zamanlarda belə ehtiyac yaranacaq. Buna zərurət yalnız çox ciddi hadisələr vaxtı yarana bilər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























