• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər

Ermənistanın 3 hərbçisi öldürülüb - Gizlədilən qətllər
07.09.2017 18:13
Ermənistanın iqtidaryönlü saytları "ən yenilməz ordu” adı altında hərbçilərini tərifləməyə davam etdiyi zaman Dağlıq Qarabağda cəbhə xəttində və Ermənistanda hərbçilər həmkarları tərəfindən döyülür və öldürülür.

AzVision.az xəbər verir ki, orduda törədilən bir çox cinayətlər gizlədilir.

"Helsinki” vətəndaş assambleyasının Vanadzor ofisinin məlumatına görə, bu il yanvarın 16-da Ermənistanın "N” saylı hərbi hissəsində müqavilə ilə qulluq edən çavuş Araik Sarkisyan hərbçi yoldaşı tərəfindən güllələnib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisə silahla davranış qaydalarının pozulması nəticəsində baş verib. Lakin bu günə kimi hadisənin təfərrüatları və hərbçi yoldaşını gülləyən hərbçinin adı açıqlanmayıb. Qeyd edək ki, qarın nahiyəsindən güllə yarası alan çavuş Araik Sarkisyan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər hadisə bu ilin 6 aprel tarixində baş verib. Döyüş postunda olan iki erməni hərbçi nizamnamədən kənar münasibətlər nəticəsində qətlə yetirilib. Lakin əsgərlərin valideynləri rəsmi məlumata inanmırlar. Belə ki, sıravi əsgər Qriqor Avetisyan və Suren Aramyan Ermənistanın şərqi sərhədlərində xidmət edirmiş. İstintaqın versiyasına görə, onlar əsgər David Dumikyan tərəfindən güllələnib. Lakin Qriqor Avetisyanın hüquqi varisinin nümayəndəsi bu versiyanı doğru hesab etmir.

"Dünya Dialoqu” ictimai təşkilatının eksperti Ruben Martirosyan bəyan edir ki, qətlləri Dumikyan törətməyib və cinayət işi ilə bağlı araşdırma düzgün aparılmır.

Vardenis hərbi polis şöbəsinin istintaq idarəsinin iddiasına görə, hadisəni törədən David iki əsgər yoldaşını qətlə yetirməsi barədə məlumat verərək özü təslim olub. Belə ki, Dumikyan Aramyanın olduğu çadıra girərək nizamsız atəş açıb. Avetisyanı isə o artıq bayırda güllələyib. Qətlin motivi isə əsgərin təhqir edilməsi göstərilib. Həmişə olduğu kimi, komandanlıq standart bəyanat verməklə işini bitirib.

Lakin hüquq müdafiəçisi Ruben Martirosyan bildirib ki, Dumikyanın günahkar olmasını təkzib edən, bir sıra məqamlar var. Onun sözlərinə görə, Davidin atəş açmasını təkzib edən ekspert rəyi mövcuddur. Onun əl izləri avtomatda aşkar edilməyib. Bundan başqa qətlə yetirilən Qriqorun qohumları bildirib ki, Dumikyan ibtidai istintaqa verdiyi ifadələrdən imtina edib. O, qeyd edib ki, hərbi polisdə onu dəfələrlə döyüblər və hazır izahatı imzalamağa məcbur ediblər.

Hüquq müdafiəçisi əlavə edib ki, üzərindən 9 ay keçməsinə baxmayaraq cinayətin gedişatı və hərbçilərin əsl qatili məlum olmayıb. Qətlə yetirilən əsgərlərin qohumları cinayət işini yenidən araşdırılmasını tələb edirlər. Ruben Martirosyan əlavə edib ki, hadisə zamanı yaralanan iki əsgər Akop Qevorqyan və Areq Baqdasaryanın ifadələri özündə şübhə doğurur. Hər ikisi deyir ki, hadisə baş verən zamanı çadırda yatırlarmış. Və hər ikisi ayağından yaralanıb.

Ancaq onların ifadələri iki versiyaya görə, reallıqdan uzaqdır. Birincisi Qriqor və Akop arasında keçmişdən münaqişə olub. İkinci isə Akop döyüş mövqeyinə getməmişdən əvvəl postun komandiri olan kapitan Roman Akopyanı döyüb. Nəticədə bir ay müddətinə həbs edilib. Ehtimal ki, atışmaya onlar arasındakı mübahisə səbəb olub. Bütün hallarda Ermənistan ordusunda bu cür hadislərə yüzlərlələdir. Lakin istitaq idarəsi cəmiyyətə ordu haqqında mənfi məlumatların ötürülməməsi üçün əlindən gələni edir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol