• $
  • €
  • ₽
  • ₺
  • £

Qərargah rəislərinin ikinci BAKI GÖRÜŞÜ - QARABAĞ MÜZAKİRƏ MÖVZUSUDURMU?

Qərargah rəislərinin ikinci BAKI GÖRÜŞÜ - QARABAĞ MÜZAKİRƏ MÖVZUSUDURMU?
07.09.2017 18:30
Xəbər verdiyimiz kimi, NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel və Rusiya müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıdadırlar. Səfərin məqsədi NATO ilə Rusiya arasında ikitərəfli danışıqların davam etdirilməsidir. Onu da bildirək ki, NATO Rusiya arasında ikitərəfli görüş ikinci dəfədir ki, Bakıda baş tutur.

Görüşün ikinci dəfə niyə Bakıda keçirilməsinə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc Unikal.org vasitəsilə münasibət bildirib.

Deputat deyib ki, görüşün ikinci dəfə Bakıda keçirilməsi ölkəmizə, onun beynəlxalq münasibətlər sitemindəki statusuna və yerinə verilən qiymətdir:

"Bildiyiniz kimi, son illər ABŞ və Rusiya arasında ciddi diplomatik böhran yaşanır. Rəsmi Bakı bu məsələnin çözülməsi üçün mühüm diplomatik mərkəz rolunu oynayır.

Bu ilk növbbədə onunla bağlıdır ki, Azərbaycan maksimum dərəcədə mühüm konflikt situasiyalarda sülhməramlı mövqeyini göstərib, digər tərəfdən də neytrallığını qoruyub saxlaya bilib. Yəni, hər iki tərəfdən baxdıqda Azərbaycan düşmən dövlət, əlaltı bir məkan kimi təsəvvür olunmur. Rəsmi Bakının bu günə kimi müstəqil siyasəti beynəlxalq məkanda nəzərə alınır. Bu çox önəmli bir haldır. Əlbəttə ki, Azərbaycan məkanında dünyanın iki mühüm dövlət nümayəndələrinin görüşü çox böyük əhəmiyyət kəsb edir. ABŞ və Rusiyanı hazırkı vəziyətdə barışdırmaq çox çətindir. Barak Obama dövründən bu yana Rusiya ABŞ arasında münasibətlər ən aşağı səviyyəyə qədər gəlib çatmışdır. İndiki vaxtda nəinki diplomatlar qovulur, hətta konsulluqlar yoxlamalara məruz qalır. Hər iki ölkə bu kimi fəaliyyətləri özünə təhlükə hesab edir".

Z.Oruc hesab edir ki, ikinci bir görüşün Bakıda keçirilməsi ölkəmizin statusunu, geopolitik məkanda çəkisini artırır:

"Həmçinin prezident İlham Əliyevin bu hadisələrdə roluna, yerinə yaxşı təsir göstərir. Nə üçün mən bu məsələni söyləyirəm? Elə bilirəm bütün bu kimi görüşlər ölkənin birinci şəxsinə məruzə edilmədən baş tuta bilməz. İlk növbbədə görüşün Bakıda keçirilməsinə hansısa təhlükə görmürlər. Əgər regional konteksdən baxsaq nə Ermənistan, nə də ki Gürcüstan balansı qoruya biliblər. Hər iki xristian adasından biri Qərbin, digəri isə Rusiyanın plaformasına çevrilibdir. Azərbaycan istər Avroatlantik məkanla, istərsə də Rusiya ilə yaxşı münasibətlərini bərqərar edə bilib.

Əlbəttə, çox arzulayırıq ki, bölgədə Rusiya ilə NATO arasında yaxşı anlaşma mühiti yaransın. Biz NATO və Rusiyanın Qafqazlarda toqquşmasını qətiyyən istəmirik. Hazırki reallıqda NATO və Rusiyanın istəkləri xeyli fərqlidir. Bu istəkləri uzlaşdırmaq həddən artıq çətindir.

Hazırda Suriya məsələsi öndədir. Tramp hakimiyyəti də Obama administrasiyasından qalan mirası davam etdirmək istəmir. Bu ağır vəhşətin, böyük vətəndaş toqquşmalarının, müharibələrin, İŞİD terrorunun sona çatdırılması istənilir. Amma bu necə həyata keçiriləcək? İŞİD-çilər Yaxın Şərqdən qovularsa, hansı ölkələrə keçə bilər? İŞİD virusuna daha hansı ölkələr yoluxacaq? Bu təhlükə məkan etibarı ilə hara yayılar? Suriyanın həyatında bir dönüş baş tutarsa, bu ABŞ-ın məğlubiyyətimi sayılacaq? Bütün bu kimi məsələlər iki tərəfin görüşündə müzakirə olunur". 

Millət vəkili diqqətə çatdırıb ki, Qarabağ məsələsinin də Rusiya və NATO arasındakı dialoqun predmeti olmasını arzu edərdik:

"Biz uzun illər Avroatlantik qüvvələrin proqramlarında getməklə öz təhlükəsizliyimizin güclənəcəyinə ümid bəsləmişik. Silahlı Qüvvələrimiz uzun müddət Kosovada, Əfqanıstanda, İraqda NATO-nun bayrağı altında xidmət edir. Bir daha xüsusu olaraq vurğulamaq istəyirəm ki, bu görüşün Bakıda keçirilməsi bizim ölkəmizin beynəlxalq münasibətlər sitemindəki statusuna, yerinə verilən qiymətdir. Digər tərəfdən bu görüşdən istifadə edib problemimizi bir daha dilə gətirək. Həqiqətən də Rusiya NATO arasında qarşıdurmalar Qarabağ kimi problemləri daha da ağır vəziyətə gətirib çatdırır. Bu isə təhlükə mənbəyi deməkdir. Ona görə də hesab edirəm ki, NATO və Rusiya rəsmilərinin Bakıda görüşündən çıxan nəticələr gələcək dönəm üçün Azərbaycanın da bundan yararlanmağına imkan verəcək".



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol