• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın döyüşə başlaycağı gün

Azərbaycanın döyüşə başlaycağı gün
08.09.2017 14:27
Gələn ilin yazında Ermənistanda parlament üsul-idarəsinə keçiləcək və prezidentlik vəzifəsi ləğv ediləcək.

İstiPress-in məlumatına görə, bir çox erməni ekspertlər prezident vəzifəsinin ləğv edilməsi ilə Ermənistanın Qarabağ danışıqlarını tərk edəcəyini vurğulayırlar. Yəni onların iddialarına görə, Azərbaycan 2018-ci ilin aprel ayından ya danışıqları Xankəndidəki işğal rejimi ilə aparmalı, ya da münaqişəni müharibə yolu ilə həll etməyi seçməlidir.

Rusiya ermənilərinin qəzeti "Noyev Kovçeq"də bu barədə məqalə yazmış erməni politoloq Aleksandr Svarans  diplomatiyada geriyə yol olmadığını və Azərbaycanın Xankəndi ilə danışıqlar masasına oturmağaycağını, müharibə yolu seçəcəyini vurğulayır:

"Qarabağda növbəti müharibə daha dağıdıcı olacaq, şəksiz ki, münaqişə tərəflərinin iqtisadi və hərbi potensialının uzun müddət üçün dağıdacaq. Həmçinin üçüncü qüvvələrə regionda öz maraqlarını gerçəkləşdirmək üçün imkan əldə edəcəklər”,- deyə Aleksandr Svarans bildirib.

Svaransın fikrincə, "üçüncü qüvvələr” ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər - ABŞ, Rusiya və Fransa olacaq: "Formal olaraq onların maraqları Qarabağ məsələsində üst-üstə düşür, reallıqda isə tamamilə əksinədir. Ola bilər ki, məhz bu durum Ermənistanın və Azərbaycanın konstruktiv dialoq və real güzəştlər əldə etməsinə imkan vermir”.

Ermənilər hər vəchlə zamanın Azərbaycanın xeyrinə işləmədiyini, Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibinə qaytarılmaycağını iddia edirlər. Onlar azərbaycanlıları inandırmağa çalışırlar ki, zaman Azərbaycanın xeyrinə işləmir və Rusiya heç zaman Qarabağın Azərbaycana qaytarılmasına icazə verməz və s. Onlar Azərbaycanı Madrid prinsiplərinin təslimçi bəndinə - Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün keçmiş muxtar vilayət ərazisində və Kəlbəcər və Laçın rayonlarını əhatə edən dəhlizdə referendum keçirilməsinə razı salmağa çalışırlar. Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və sərhədlərin toxunulmaz olması barədə Helsinki bəyannaməsinə zidd olan belə tələblərə razılıq verməyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində  erməni ekspertlərin iddialarının mənasız olduğunu vurğulayır:

"Münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun müəyyən etdiyi format var - danışıqlar Azərbaycanın dövlət başçısı ilə Ermənistanın dövlət başçısı arasında getməlidir. Hələ ki, Ermənistanın dövlət başçısı prezidentdir, ona görə danışıqlar onunla aparılır. Apreldən sonra dövlət başçısı baş nazir sayılacaq və danışıqlar onunla aparılacaq. Bir sıra ölkələrdə - İsraildə, İtaliyada dövlət başçıları baş nazirlərdir. Yəni bu məsələni dəyişmir və ermənilərə də bu aydındır”.
Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

Amma erməni ekspertlərin can-fəşanlığının öz səbəbi var - danışıqlar və Ermənistanın beynəlxalq aləmdən təcridi uzadıqca bu ölkədən miqrasiya artı rvə onlar sülhü tezləşdirməklə bu köçü dayandırmağa çalışırlar. Hətta Azərbaycan sərhədindən uzaq regionlarda, xüsusilə də Gürcüstan sərhədində belə, kəndlər  tamamilə boşalır və şəhərlərdə əhali sayı dəfələrlə azalır. Məsələn, Ermənistanın ikinci paytaxtı sayılan Gümrüdə sovet illərində 300 minə yaxın adam yaşadığı halda, indi 70 minə düşüb. Ölkədə 100-ə yaxın kənd lağv olunub və 300-ündə isə evlər boşalıb və yalnız icra nümayəndələrinin ailələri qalıb.  Ermənistanda kənd sayı isə 900-ü keçmir. Yəni kəndlərin 40 faizi tamamilə ləğv edilib və ya boşalıb. 

Ermənistan KİV-ləri müstəqillik illərində ölkə əhalisinin 3,7 milyondan 1,9 milyona qədər azaldığını bildirirlər. Amma diaspora erməniləri ölkə əhalisinin real olaraq 1,4 milyona düşdüyünü bildirlər. Pentaqonun yaydığı proqnozlar daha acınacaqlıdır, onların fikrincə, 2050-ci ildə Ermənistanda cəmi 800 min adam qalacaq.  Yəni bu milli fəlakətdən onları yalnız Azərbaycanla imzalanmış sülh müqaviləsi xilas edə bilər ki, rəsmi Bakı bu müqaviləni yalnız Azərbaycanın ərazi bütövlüynün təmin edilməsi çərçivəsində imzalaya bilər.

Çingiz Rüstəmov
İstiPress  






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol