• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel müharibəsində azad edilən kənd FOTOLAR

Aprel müharibəsində azad edilən kənd FOTOLAR
18.09.2017 15:19
Cocuq Mərcanlıda tikintinin ikinci mərhələsinin bitəcəyi vaxt açıqlandı

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində prezident İlham Əliyevin sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi davam edir.

İnşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 evin, 50 yerlik uşaq bağçasının, poçt, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Artıq bütün evlərdə hörgü, daxili və xarici suvaq işləri başa çatıb, dam örtükləri vurulub. İnşa olunacaq iki ədəd 200 kubmetrlik su anbarından biri hazırdır, həmçinin bir subartezian quyusu qazılıb.

Evlərin inşasında son tamamlama işləri aparılır. Uşaq bağçasında döşəmə, inzibati bina və poçt binasında dam örtüyü vurulur. Klub-icma mərkəzində daxili suvaq, malyar işləri görülür. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi, daha bir 200 kubmetrlik su anbarının tikintisi və əlavə bir subartezian quyusunun qazılması davam etdirilir. Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanılacaq. Qəsəbədə, həmçinin 1,75 hektarda yaşıllıq salınacaq. Tikinti işlərinin oktyabr ayının birinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol