• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan yeni artilleriya qurğularını işə saldı

Azərbaycan yeni artilleriya qurğularını işə saldı
18.09.2017 15:49
AzVision.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri təlimlərdə Çexiyadan yeni aldığı 152 mm çaplı "SpGH DANA” özüyeriyən haubitsaları və RM-70 "Vampir” yaylım atəşli reaktiv sistemləri ilk dəfə nümayiş etdirib.

Hərbi ekspert Rəşad Süleymanov saytımıza bildirib ki, hər iki artilleriya sistemləri Azərbaycan Ordusunun bu gün başlayan genişmiqyaslı təlimində ilk dəfə istifadə olunub.

Ekspertin sözlərinə görə, "Dana” özüyeriyən haubitsalar və RM-70 reaktiv sistemləri 2016-2017-ci illərdə alınıb: "Özüyeriyən toplar müasir atış-kontrol sistemi ilə təchiz olunub. "Dana” 8×8 konfiqurasiyalı "Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.

122 mm çaplı RM-70 "Vampir” "Tatra T-813” şassisi üzərində yerləşir. RM-70 "Vampir” 2,5 dəqiqədən az müddətdə atəşə hazır ola və 3 dəqiqə ərzində döyüş mövqeyini tərk edə bilər. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır".

R.Süleymanov qeyd edib ki, "Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır olan 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun da olmasıdır: "Bu sayədə bir sistem vaxt itirmədən qısa müddətdə 80 raketin atışını həyata keçirir. Çexiya istehsalı olan raketlərlə "Vampir” 20381 metr məsafəyə atəş açır və maşın bir buraxılışda 3.5 hektar ərazini məhv edir".

Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol