• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama
18.09.2017 22:56
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sesseranı qəbul edib.

Missiya.Az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Müvəkkil onlara Ombudsman təsisatının fəaliyyəti, müxtəlif əhali qruplarının, həmçinin girov və ya əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsi, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.

Müvəkkil D.Əsgərov və Ş.Quliyevin məsələsini ilk vaxtlardan diqqətdə saxladığını bildirib, onların girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Denis Durana müraciət ünvanladığını, Komitənin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə etdiyini, həmçinin girovların ailə üzvləri ilə görüşdüyünü vurğulayıb.

Müvəkkil cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalisinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması haqqında danışıb. Erməni silahlı bölmələrinin Azərbaycanın mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılıb.

Qeyd edilib ki, 2017-ci ilin iyul ayının 4-də Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrinin bir daha atəşə tutularaq 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın, onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, 2017-ci ilin avqust ayının 7-də Tovuz rayonu ərazisində 13 yaşlı Raminin ağır yaralanması ilə bağlı Müvəkkilin Bəyanatları çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilib.

Eyni zamanda Müvəkkil Azərbaycanda bu gün çoxsaylı erməni əsilli insanın yaşadığını, onların hüquqlarının da təmin edildiyini diqqətə çatdırıb.

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən qəbul edilən Həqiqətə çatım hüququ üzrə insan hüquqları qətnaməsinin müvafiq müddəalarına diqqət çəkən Müvəkkil sənəddə cəzasızlığa son qoyulması və insan hüquqlarının müdafiəsi və təbliği işinə töhfə vermək üçün həqiqətə çatım hüququna hörmətin və onun təmin edilməsinin əhəmiyyətinin xüsusi olaraq vurğulandığını qeyd edib.

Öz növbəsində, Elena Ajmone Sessera BQXK-nin Azərbaycan nümayəndəliyinin fəaliyyəti, xüsusilə sərhədboyu rayonlarda həyata keçirilən layihələr, icmalarla aparılan iş barədə məlumat verib, həmçinin D.Əsgərov və Ş.Quliyevin vəziyyətlərini daim diqqət mərkəzində saxladıqlarını, ailələri ilə müntəzəm əlaqələrin yaradılmasına nail olduqlarını bildirib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol