• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən ordusu əks hücum hazırlıqlarına başladı

Düşmən ordusu əks hücum hazırlıqlarına başladı
19.09.2017 10:13
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları əks hücum təlimləri keçiriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Bağramyan” təlim mərkəzində 5-ci ordu korpusunun hərbi hissələrindən biri cəlb olunmaqla alayın döyüş atışlı təlimi baş tutub. Təlim zamanı şəxsi heyət mühafizədən müdafiəyə keçib, döyüş apararaq əks hücum ediblər.

Təlimin gedişatını korpus komandiri general-mayor Karen Abrahamyan izləyib. Təlimə alayın idarə heyəti, minaatan batareya, artilleriya və təminat bölmələri, kəşfiyyat və mühəndis-istehkam taqımları, həmçinin 2 ədəd "SU-25" qırıcı təyyarəsi, 2 ədəd "Mİ-24" və 1 ədəd "Mİ-8" helikopterləri, tanklar, artilleriya bölmələri cəlb edilib.

Təlim zamanı desant çıxarma (helikopterdən enmə) icra edilib. Təlimdə yalnız müqaviləli hərbi qulluqçular iştirak edib.

Plana əsasən şərti "düşmən” bilavasitə təmas şəraitindən müdafiəyə keçərək, 1-ci və 2-ci eşelonda erməni qüvvələrini məhv etməyə cəhd edib. "Düşmən” müəyyən uğur əldə etməyə nail olub və erməni qüvvələrinin mövqelərinin dərinliklərinə daxil olub və möhkəmlənməyi bacarıb.

Təlim 3 mərhələdə keçirilib.

1-ci mərhələ - Alay döyüş hazırlığı vəziyyətinə gətirilib, mühafizədən müdafiəyə keçib.

2-ci mərhələ - Alay hərbi marş keçərək, təlim rayonunda cəmləşib və orada bölmələrə müdafiə döyüşünə hazırlaşmağa dair tapşırıq verilib. Döyüş əməliyyatlarının başlanılmasınadək ərazinin öyrənilməsi işləri, ərazidə qarşılıqlı fəaliyyət və idarəetmə təşkil edilib və müdafiə ərazisi döyüşə hazırlanıb.

3-cü mərhələ - Atış mərhələsində şərti düşmənin hücumunun başlanılması və geri oturdulmasına dair planlar icra olunub.

Təlimin şərtlərinə uygun olaraq "düşmənin" mövqelərinə zərbə endirməklə hərbi hissə qüvvələrinin əks hücumuna əvvəlcə artilleriya və aviasiya dəstək verib. Daha sonra tankçılar piyadanın irəliləməsinə imkan yaradıb.

"Mi-24”lərin iki dəfə hava hücumundan sonra xüsusi təyinatlı tağım hərəkətə keçib. Bununla da təlimdə iştirak edən qüvvələr döyüş tapşırıqlarını yerinə yetiriblər.

Hərbi hissə komandiri bildirib ki, təlim zamanı günün tələblərinə cavab verən, müasir tətbiqetmə, hərbi hissənin kəşfiyyat bölüyünün qüvvələri ilə desant endirmə planı həyata keçirilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol