ABŞ İsraildə ilk hərbi bazını açdı

Bazar ertəsi İsrailin cənubunda ABŞ-ın ilk daimi hərbi bazası açılıb. Orada Amerika əsgərləri və zabitləri xidmət edəcək.
anews.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Biz İsrail dövləti və İsrail ordusunun tarixində ilk dəfə olaraq ABŞ-ın üzərində bayrağı dalğalanan daimi hərbi bazasını yaratdıq", — deyə açılış mərasimində İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Svika Haymoviç bildirib.
Qeyd olunur ki, Amerika bazası İsrailin hava hücumundan müdafiə hissələrindən birinin ixtiyarına verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























