• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Qarabağa görə yalvardı

Sarkisyan Qarabağa görə yalvardı
20.09.2017 15:56
Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assmbleyasının 72-ci sessiyasındakı dünənki çıxışını Qarabağa görə yalvarmaq kimi dəyərləndirmək olar.
İstiPress-in məlumatına görə, Ermənistan prezidenti BMT tribunasından çıxış edərək üzv dövlətlərə BMT-nin əsas prinsiplərindən biri olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını prinsipini arxa plana keçirməyə, yalnız xalqların öz müqədərratını müəyyən etmək prinsipinə əsaslanmağa çağırırdı. 

Sarkisyan çıxışında özü də etiraf edib ki, indiyə kimi 4 dəfə eyni məzmunda BMT kürsüsündən çıxış edib və 19 sentyabr 2017-ci ildə etdiyi bu çıxışı 5-cidir. Amma göründüyü kimi, beynəlxalq birlik onun bu cür qeyri-adekvat, əsassız və beynəlxalq hüquqazidd yalvarışını qəbul etməyib.

Ermənistanın ən yaxın, hətta sərhədlərini və hava məkanını təhvil verdiyi tərəfdaşı Rusiya belə Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımayıb. Çünki Helsinki Xartiyasına görə, Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üçün nəzərdə tutulan istənilən addıma - referenduma və s.-ə Azərbaycan icazə verməlidir. Məhz buna görədir ki, ATƏT-in Minsk qrupunda Ermənistana havadarlıq edən həmsədr ölkələr - Rusiya, ABŞ və Fransa münaqişənin həllini öz nəzarətlərinə götürüb Madrid prinsipləri adlı uzun müddətli diplomatik vaxt öldürməni icad edəndən sonra həmişə Azərbaycanı Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirməyə razı salmağa çalışıb.

1990-cı illərdə hətta ABŞ prezidenti Bill Klinton və dövlət katibi Albert Qor Azərbaycanla ultimativ dildə danışaraq sənədə qol çəkməyi tələb edirdilər. Lakin mərhum prezident Heydər Əliyev bu cür həyasız təkliflə yanına gəlmiş Albert Qoru öz iqamətgahından qovandan sonra təzyiq dayandı. Düzdür, Barak Obama və Hillari Klinton hakimiyyəti bu prinsipləri yenidən gündəmə gətirdi, amma ABŞ-ın təzyiqi əvvəlki kimi açıq olmadı. Rusiya və Fransa bu məsələdə Ermənistana gizli və açıq hər cür yardım göstərsələr də, yenə də məsələni diplomatik yolla həll etməyə çalışırlar.

Çünki ermənilərin tələbi tamamilə məntiqsizdir - birincisi, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib və Ermənistan yaranıb. BMT forumunda bütün dünya ermənilərinin adından yalvaran Sarkisyan özü də bilmədən ermənilər üçün ikinci dövlət istədiyini dilə gətirdi. İkincisi, əgər Qarabağ erməniləri hətta ayrı xalq olsaydılar belə, heç bir beynəlxalq qurum onlara görə ərazi bütövlüyü prinsipini pozmayacaq - dünyada 5 min xalq var və onlar cəmi 200 dövlətdə yaşayırlar. Yəni, müasir dünyada dövlətçilik məsələsi etnik məsələ deyil, bir neçə xalq bir dövlətin tərkibində müstəqil yaşaya bilir.

Azərbaycanın mövqeyi bu məsələdə aydındır - ermənilər və onların havadarları olan supergüclər - Rusiya, Fransa və müəyyən mənada ABŞ Qarabağ münaqişəsinin həlli üçün hərbdən başqa yol qoymurlar. Bu yolda təbii ki, Azərbaycanın birinci mübarizə meydanı diplomatik sahə olmalıdır və rəsmi Bakı bunu edir, artıq BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı olduğunu sübut edən 4 qətnamə qəbul edilib. İndi keçirilən 72-ci sessiyada isə Gürcüstan, Türkiyə və Azərbaycan birlikdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü tanımaqları barədə bəyanat verəcəklər. Düzdür, Serj Sarkisyan BMT tribunasından iddia edib ki, Türkiyə sərhədləri açmazsa və soyqırımı tanımazsa, 2009-cu ildə imzaladıqları əməkdaşlıq protokollarını ləğv edəcəklər. Amma prezident Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməzsə, Ermənistanla heç bir diplomatik əlaqə qurulmayacaq. 

Amma Azərbaycan əsas işi hərbi sahədə görməlidir və Nalbandyanın dediyi hansısa 5 rayona görə aldanıb Ermənistanın havadarlarının hiyləsinə uymamalıdır. Azərbaycan öz ordusunu o qədər gücləndirməlidir ki, Qarabağda yalnız ermənilərlə deyil, onların havadarları ilə də müharibə aparmağa qadir olsun.

Yeri gəlmişkən, Azərbaycanın Avropadan, konkret olaraq Çexiyadan aldığı silahlar – "Dana” özüyeriyən artilerriya qurğuları və RM-70 yaylım atəşi qurğuları artıq Ermənistanda ciddi həyəcan yaradıb.  Qarabağı işğal etmiş erməni generallardan biri Norat Ter-Qriqoryans "1in.am” portalına müsahibəsində bildirib ki, Azərbaycan  Qarabağda Ermənistanla vuruşmaq üçün lazım olandan 5-10 dəfə çox silah alır.

Ola bilər ki, xarici işlər naziri Edvard Nalbandyanın işğal etdikləri müəyyən rayonları Azərbaycana qaytarmağa hazır olduqları barədə verdiyi bəyanat da bu silahlarla bağlıdır. Amma bu silahları ölkədən miqrasiyaya təsiri göz qabağındadır. "1in.am” ın yazdığına görə, son günlərdə bu ölkədən Rusiyaya rəsmi miqrasiya xeyli artıb. Erməni diasporunun təmsilçilərinin verdiyi məlumata görə, Robert Koçaryanın hakimiyyəti dövründə bu ölkəni rəsmən 500 min nəfər, Serj Sarkisyanın hakimiyyəti dövründə isə 250 min nəfər tərk edib.

Qeyri-rəsmi miqrasiya isə qat-qat yüksəkdir, kənd yerlərində adamlar evlərini sadəcə bağlayıb geri dönmədən gedirlər. Halbuki, statistika onları Ermənistan vətəndaşı saymaqda davam edir. Bizim ordu gücləndikcə evini qoyub gedən ermənilər daha da artacaq.

Çingiz Rüstəmov
İstiPress 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol