Erməni deputatların Bakıya gəlməsinə icazə verildi

Ermənistan nümayəndə heyətinin "Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib.
Erməni KİV-lərin yaydığı məlumata görə, Ermənistanı "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.
www.anews.az
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov AzVision.az-a bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























