Ermənistanda torpaqların qaytarılmasına görə 2 nazirlik qarşı-qarşıya

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş Azərbaycan torpaqlarının bir hissəsinin qaytarılması ilə bağlı verdiyi açıqlamasına etiraz edib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan bəyan etmişdi ki, Qarabağa (qondarma respublikaya -red.) təhlükə yaratmayacaq torpaqların Azərbaycana qaytarılması istiqamətində danışıqlar gedir.
www.anews.az
"Qaynarinfo" istinadən xəbər verir ki, qərargah rəisi bildirib ki, hər hansı torpağın Azərbaycana qaytarılmasından söhbət gedə bilməz:
"Çünki Dağlıq Qarabağın (qondarma respublikanın-red.) təhlükəsizliyi üçün bütün rayonlar istisnasız olaraq vacibdir. Qarabağ sərhədi boyu elə təhlükəsizlik sistemi yaradılıb ki, ən kiçik pozuntu dönüşü olmayan nəticələrə gətirib çıxara bilər.”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























