• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Ağdamı geri qaytarır

Ermənilər Ağdamı geri qaytarır
21.09.2017 16:21
Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ üzrə dəqiq mövqeyinin olmaması Azərbaycanın müharibə hüququnu gücləndirir.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın populyar analitika saytı «lragir.am»ınbaş redaktoru Haykazn Qaqriyan Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambelyasında  etdiyi çıxışına həsr etdiyi məqaləsində bildirib.

İlham Əliyevin çıxışının əsas tezislərini olduğu kimi erməni oxucularına çatdıran Qaqriyan Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ üzrə mövqeyinin ənənəvi xətt üzrə davam etdiyini göstərib: Azərbaycan münaqişəni dinc yolla həll etmək isəyir, amma erməni təcavüzünə məruz qalmış vətəndaşlarını müdafiə etməyə məcburdur; Azərbaycan işğal edilmiş torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir, aprel döyüşləri bunun bariz örnəyidir; Ermənistan artıq 22 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd edərək, qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmır və s.

Əslində, Qaqriyan İlham Əliyevin çıxışının əsas tezislərini dəyişmədən erməni oxucusuna çatdırmaqla Azərbaycan prezidentinin BMT-dəki çıxışının yetərincə adekvat olduğunu etiraf edib. Amma onun fikrincə, Ermənistan siyasətçilərinin çıxışlarının bu cür adekvat olmadığını vurğualyıb:

"Serj Sarkisyan BMT-də çıxış elərək Qarabağ üçün status və təhlükəsizlik zəmanəti tələb etdi. BMT Baş Assambleyasının iclasından əvvəl isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edərək bildirdi ki, Ermənistan Azərbaycanla ərazi məsələsini müzakirə edir. Onun dediklərini şərh edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirdi ki, heç kimə heç nədə güzəşt olmayacaq… Bu təzadlı bəyanatlar nə deməkdir? Belə çıxır ki, Ermənistanın Qarabağ üzrə dəqiq mövqeyi yoxdur və ya bu konyuktura, daha dəqiqi, Rusiya ilə bağlıdır”, - deyə Qaqriyan  vurğulayıb.

Onun sözlərinə görə, Rusiya saytları Nalbandyanın bəyanatını geniş şərh ediblər və hətta bir sayt Azərbaycanın nəzarətinə qaytarılacaq rayonların sırasında Ağdamın adını çəkib. Qaqriyanın fikrincə, ermənilərin bu cür başıpozuq və qeyri-adekvat çıxışları qərbin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistana qarşı sərt mövqe tutmasına səbəb olub. Yəni həmsədrlər ermənilərin onlara bağladığı ümidləri doğrultmaya bilərlər. O, Hoqlandın həmsədrlikdən getməzdən sonra verdiyi "vida” açıqlaması ilə Ermənistanı şoka saldığını xatırladıb. Erməni saytları açıq olmasa da, üstörtülü şəkildə Serj Sarkisyanın BMT-dəki çıxışını qeyri-adekvat sayıblar. Məsələn, erməni jurnalist Sarqis Arsruni Sarkisyanın çıxışına həsr etdiyi məqaləsinə "Sarkisyanın bütün dünyaya ultimatumu" adlı sarkastik başlıq  qoyub.

Azərbaycanda isə İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı və ümumiyyətlə, Nyu-York səfəri zamanı Donald Trampla görüşü istənilən düşərgə şərhçiləri tərəfindən müsbət qarşılanıb. Məsələn, Azərbaycanın keçmiş dövlət müşaviri Qabil Hüseynli İstiPress-ə müsahibəsində bildirib ki, Tramp göstərdi ki, Azərbaycan onun üçün önəmli ölkədir və ABŞ burada möhkəmlənərək Mərkəzi Asiyaya çıxmaq istəyir:

"Azərbaycan Avropanı qazla təmin etmək üçün alternativ mənbə olan Cənub Qaz dəhlizini gerçəkləşdirir. Bu təbii ki, Qərbi lideri olan Donald Trampın diqqətindən yayınmır. Bundan başqa, gələn ay ABŞ üçün çox yararlı olan daha bir layihə - Bakı Tiflis - Qars dəmir yolu işə düşəcək. NATO-nun Əfqanıstana gedər yüklərinin 80%-i bu yola gedəcək. Bu yolun açılmasından sonra yüklərin daşınması 3,5 dəfə aşağı düşəcək”, - deyə Qabil Hüseynli vurğulayıb.

Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov isə İstiPress-ə müsahibəsində İlham Əliyevin çıxışının yetərincə cürətli olduğunu bildirib: "İlham Əliyev BMT-də çıxış edərək Ermənistana qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi. O, həmçinin münaqişənin Helsinki Aktına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı. Bu, ermənilərə ciddi siqnal idi. Yəni danışıqlar baş tutmazsa, Azərbaycanın öz ərazilərini hərb yolu ilə işğaldan azad edəcəyini bildirdi”.

Politoloq Tofiq Abbasov isə İstiPress-ə müsahibəsində bildirib ki, prezident İlham Əliyevin ABŞ səfəri göstərdi ki, Azərbaycan bütün problemlərə baxmayaraq  öz müstəqilliyini qorumağı bacarır: "Ümumiyyətlə, Donald Tramp biznesmen olduğu üçün onun fikirləri ənənəvi siyasətçilərin fikirlərindən xeyli fərqlənir. Məsələn, o, bu yaxınlarda bildirib ki, ABŞ keçmiş postsovet məkanı ölkələrinin müstəqilliyinin möhkəmlənməsinin tərəfdarıdır. İlham Əliyevə münasibəti göstərir ki, Azərbaycan müstəqil siyasət yürüdür və Tramp bu siyasəti dəstəkləyir. Serj Sarkisyanın siyasəti isə BMT-dəki çıxışı qədər bəsitdir”.
Əslində, Ermənistanla Azərbaycanı ayıran əsas məsələ - Qarabağ münaqişəsi bu iki ölkənin taleyini də ayırıb. Serj Sarkisyan və cinayət yoldaşları 25 ildir ki, işğal edilmiş Azərbaycan torpaqlarını əldə saxlamaq üçün Ermənistanın müstəqilliyinin bütün atributlarını məhv ediblər - ordu, beynəlxalq siyasət, dövlət sərhədi, gömrük siyasəti və s. rəsmən Rusiyaya tabe edilib. Əhali 2 dəfəyə qədər azalaraq 1,9 milyona düşüb. Azərbaycan isə bu 25 ildə yalnız özünə, öz ordusuna və diplomatiyasına güvənməyi öyrənib, əhalisi də 60 faizdən çox artaraq 10 milyona yaxınlaşıb. Hansı ölkənin siyasətinin daha uğurlu olduğunu şərh etməyə ehtiyac yoxdur.

Çingiz Rüstəmov / İstiPress   

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol