• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan - Ermənistan müharibəsinin yeni cəbhəsi

Azərbaycan - Ermənistan müharibəsinin yeni cəbhəsi
23.09.2017 10:01
Azərbaycan Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin müdafiəsi üçün İsrail istehsalı "Dəmir Qübbə” raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə başlayb. İstiPress-in məlumatına görə, bu barədə Gürcüstanın "Rezonansi” nəşri yazıb. Xəbəri öz mənbələrindən aldığını iddia edən nəşr İsrail silahlarının Bakı və Gəncədə yerləşdiriləcəyini vurğulayıb.

"Bunun əsas səbəbi Ermənistanın Rusiyadan "İsgəndər” raket sistemlərini almasıdır”,- deyə nəşr vurğulayıb.

"Dəmir Qübbə” idarə olunmayan taktiki raketlərdən qorunmaq üçün nəzərdə tutulur. Hər bir batareya 150 kvadrat kilometr ərazini qoruya bilir. İsraildə ilk batareya 2011-ci ilin mart ayından başlayıb, 2014-cü ilin iyul ayına  ölkə üzrə 9 batareya döyüş növbəsinə başlayıb. 2014-cü ilin sonuna "Dəmir Qübbə” tərəfindən 1200 raket vurulub. 

Yəni sistemin effektivliyi və BTC-nin müdafiəsinə ciddi dəstək verəcəyi aydındır. Qeyd edək ki, Ermənistanda Azərbaycanın strateji obyektlərinə zərbələr endirilməsi barədə çağırışlar tez-tez səslənir. 2016-cı ilin aprel ayında Ermənistan ordusunun 30-a yaxın tankla Tərtər istiqamətində hücumu da bununla bağlı idi.

Ermənistan BTC-ni və Cənub Qaz dəhlizini ələ keçirdikdən sonra, onun strateji müttəfiqi Rusiya bundan Qərbə təzyiq üçün istifadə edəcəkdi. Amma Azərbaycanın əks-hücumla Ermənistan ordusunu darmadağın etməsi buna mane oldu. Bundan sonra Rusiya Ermənistana "İsgəndər” raketlərini yerləşdirməyi qərara aldı. Ermənistan isə "İsgəndər” raketlərindən mütəmadi olaraq Azərbaycanı hədələmək üçün istifadə edir.

Çingiz Rüstəmov / İstiPress




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol