• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Qarabağda yeni düşməni

Ermənistanın Qarabağda yeni düşməni
23.09.2017 21:00
Donald Trampın BMT Baş Assambleyasının sessiyasında Azərbaycana və Türkiyəyə dost münasibəti göstərməsi Ermənistanda Birləşmiş Ştatlara qarşı münasibəti xeyli dəyişib.  

İstiPress-in məlumatına görə, artıq erməni şərhçilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ-ın vasitəçiliyinin artıqlığından danışmağa başlayıblar.

Təbii ki, ilk hədəf ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrləri olub. "Sputnik Armeniya” portalının şərhçisi Arman Vaneskeqyan yazdığı BMT Baş Assambleyasının sessiyasının təəssüratı altında yazdığı son məqaləsində ilk hədəf kimi keçmiş həmsədr Riçard Hoqlandı seçib. Vaneskeqyanın xoşuna gəlməyən Hoqlandın avqustun 28-də öz vəzifəsini Endrü Şafferə verməzdən öncə Qarabağ nizamlanması üzrə açıqladığı 6 bənd olub.  

Həmin bəndlərdə qeyd edilir ki, Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən tutulmuş rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Həmçinin bütün məcburi köçkünlər əvvəl yaşadıqları ərazilərə qaytarılmalıdır.

Təkliflərdə Ermənistana güzəşt sayıla biləcək bəndlər də var. Məsələn, Hoqland Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin olmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, bu dəhliz elə geniş olmalıdır ki, daşımaların təhlükəsizliyini təmin etsin, amma bütün Laçın rayonunu əhatə edə bilməz.
Lakin bu erməniləri qane eləmir, çünki onlar status-kvonu saxlamaq üçün vasitə axtarırlar. Amma Hoqlandı əvəz eləyə Endrün Şafferin açıqlamaları onları daha da hiddətləndirib. Şaffer bildirib ki, münaqişənin həlli "Helsinki aktında nəzərdə tutulan beynəlxalq hüquqa, güc tətbiqindən və təhdidindən uzaq, ərazi bütövlüyü, xalqların bərabərliyi və öz müqəddəratını təyin etməsi" çərçivəsində olmalıdır. Bu isə Dağlıq Qarabağın Azərbaycan çərçivəsində muxtariyyəti deməkdir. Həmçinin keçmiş muxtar vilayətin erməni və azərbaycanlı icmaları bərabər hüquqlu olacaq, muxtariyyətin rəhbərlərini seçmək hüququna malik olacaqlar. Yəni Dağlıq Qarabağın rəhbəri Bakıdan təyin edilə bilməyəcək və s. Göründüyü kimi, Şafferin təqdim etdiyi beynəlxalq hüquq normaları da erməniləri qane eləmir. 

Bəlkə də, buna görədir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın beynəlxalq prinsiplər çərçivəsində verdiyi açıqlama da erməni şərhçilərin ciddi narazılığına səbəb olmuşdu. "Ermənistan - Diaspora" forumunda çıxış edən Edvard Nalbandyan bildirmişdi ki, Ermənistan işğal olunmuş ərazilərin bir qismini Azərbaycana qaytara bilər. "1in.am”dabununla bağlı məqalə yazan erməni jurnalist Sarqis Arsruni bunu Nalbandyan tərəfindən Serj Sarkisyanın kürəyinə saplanan bıçaq kimi dəyərləndirib. Onun fikrincə, bu, Ermənistanın Azərbaycan qarşısında zəifliyinin etirafı olub, buna görə də Serj Sarkisyanın BMT-dəki təhdidlərlə dolu çıxışı heç kim tərəfindən ciddi qarşılanmayıb. Sarqis Arsruni az qala Edvard Nalbandyanı Azərbaycanın agenti sayıb. 

Ermənistan hərbçilərinin də əraziləri qaytarmasına etiraz etməsi göstərir ki, Azərbaycan erməni hərbçilərində və ekspertlərində, müəyyən qədər də ictimai fikrində yaranmış qeyri-adekvat düşüncəni məhz hərbi yolla dağıtmalıdır. Qarabağ ətrafındakı rayonlar erməni işğalından hərbi yolla azad edilməlidir ki, ermənilər real müharibənin nə olduğunu görsünlər və anlasınlar ki, beynəlxalq hüquqda heç kimə layiq olmadığı əlahiddəlik bəxş edilmir. Yoxsa ermənilərin başından 1988-1994-cü illərdə başqalarının havadarlığı ilə Qarabağın bir hissəsinin işğal etmələrinin havası getmir.
Çingiz Rüstəmov / İstiPress




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol