• $
  • €
  • ₽
  • ₺
  • £

Balakəndə şəhidin adına qarşı təhqir - FOTO

Balakəndə şəhidin adına qarşı təhqir - FOTO
25.09.2017 22:00
Ölkə prezidentimiz cənab Ilham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinə böyük qayğı ilə yanaşır. Şəhidlərimizin adının əbədiləşdirilməsi, ailəsinin rifahı ölkə rəhbəri tərəfindən yüksək səviyyədə təşkil olunur. Məktəblərə, küçələrə onların adı verilir, büst və heykəlləri ucaldılır. Ölkə rəhbərinin yüksək diqqət və qayğısının nəticəsidir ki, bu gün müstəqil ölkəmizdə yaşayan hər bir şəhid ailəsi yüksək qayğı ilə əhatələnmişdir. 
 

Eyni zamanda,xalqını sevən ölkə rəhbərliyi məmurlara, yerli özünüidarə orqanı olan bələdiyyələrə şəhid ailələrinin dərdini, problemini dinləməyə, onlara yaxından kömək etməyə dair hər zaman ciddi tapşırıqlar verir. 






 Şəhidlik- elə bir müqəddəs ad, elə uca zirvədir ki, hər birimiz heyrətlə və qürurla anırıq. 



Birinci Qarabağ savaşı neçə-neçə gənclərimizin savaş ruhunun, qeyrət mübarizəsinin güzgüsü oldu. İgid oğullarımız gözünü qırpmadan, könüllü şəkildə Vətənin dar günündə ona yardıma tələsdi... 


Müharibəyə könüllü gedən gənclər arasında Sovet dönəmindəki həqiqi hərbi xidmətini başa vurub Vətənə dönən, Balakən rayonu Katex kəndində yaşayan gənc Əkrəm də vardı. Əkrəm İsayev doğma Vətənin çətin günlərini gördükcə ürəyi yanırdı. Heç tərəddüd etmədən o, könüllü şəkildə müharibəyə yollandı... 





Savaşlarda fərqləndi, leytenant rütbəsinə layiq görüldü, Vətəni ləyaqətlə qorudu və şəhadətin zirvəsinə yüksəldi. ...


Fəqət, Əkrəm bilmirdi ki, qoruduğu, canıyla müdafiəsinə qalxdığı Vətən torpağında illər sonra onun adını daşıyan küçənin girişindəki tanıtım lövhəsi bir gün ayaqlar altına atılacaq, onun adını daşıyan bulağa heç vaxt su gəlməyəcək, ailəsinə təzyiq göstəriləcək. Balakən rayonunda ölkəbaşçısının tapşırıqlarına riayət olunmur. Rayonun Katex kəndində məmur özbaşınalığı müşahidə olunur. Hətta şəhid ailəsinə. Bəli, yanlış oxumadınız. Yuxarıda qeyd etdiyimiz şəhid leytenant Ə.İsayevin ailəsi bu çox çətin durumla 





- məmur basqısı ilə üz-üzədir. Şəhidin bacısı Validə İsayevanın müraciəti əsasında ailənin yaşadığı, şəhidin yaşadığı Katex kəndindəki evə yollandım. Həmin vaxt kəndin bələdiyyə sədri C.Piriyev də orada idi. Ailəyə kobud şəkildə rəftar sərgilədi. Evin vəziyyətini müşahidə etdim. Fotoları sizə təqdim edirik- 




 
Həyət darvazasının yanında, şosse yolunun kənarında tikilmiş, şəhidin adını daşıyan bulaq da işləmirdi. Soruşanda insanlar o bulağa heç vaxt su gəlmədiyini dedilər. Daha dəhşətli mənzərə isə bu idi: şəhidin adı verilən, təmirli, asfalt örtüklü küçənin giriş hissəsində elektrik dirəyinin üzərində yerləşdirilən tanıtım lövhəsi ayaqlar altında idi! Bİzim üçün- xalq üçün, elə həmin məmurların kresloda rahat oturmalarına vəsilə olan, ən çətin günlərdə döyüşə könüllü gedən, namusumuzun, qeyrətimizin qoruyucusuna çevrilən, canını düşmənə sipər edən, nəhayət, vətənin şəhidi adlanan övladımızın- gənc Əkrəmin müqəddəs şəhid ruhu bu gün təhqir olunur. Bu neqativ akt hələ sürür, hələ tədbir görülməyib. 




 Xəbəri diqqətinizdə saxlayacağıq. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol