AŞPA-da Qarabağ müzakirə ediləcək

Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Alt Komitənin sədri Ştefan Şennak məlumat verib.
Ş.Şennakın sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni Alt Komitəsinin sədri seçilib. Ş.Şennak, həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
O daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin, yeni Alt Komitənin məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib