• $
  • €
  • ₽
  • ₺
  • £

Erməniləri çox narahat edən Azərbaycan silahı

Erməniləri çox narahat edən Azərbaycan silahı
26.09.2017 14:44
İrəvan "Dəmir qübbə”nin üzərində baş sındırır

İrəvanda çox narahatdırlar ki, Bakı yeni silahlar almağa çox vəsait xərcləyir. Bu ölkənin hakimiyyəti düşünür ki, bu, boş yerə xərclənən pullardır.
Söhbət İsrailin "Dəmir Qübbə” adlı havadan müdafiə kompleksindən gedir. Erməni ekspertlərin fikrincə, bu İsrail texnologiyası "İskəndər” raketlərinin qarşısını ala bilməz, guya Ermənistanda bu raketdən var.

Bu raket dueli harda olub, bu silahları kim yoxlayıb? Heç nə deyilmir. Sən demə, özünü şərhçi adlandıran hansısa Nersesyan hesab edir ki, Azərbaycan boş yerə bu texnikaya pul xərcləyir.

Sonra elə bu strateq Nersesyan danışıb ki, "Dəmir qübbə” kompleksi "İsgəndər”ləri saxlaya bilməz. Sonra pafosla erməni "İsgəndər”lərinin Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinə necə zərbələr vuracağından danışır. Sonra o qərara gəlir ki, "İsgəndər”lərə toxunmaq lazım deyil. Başqa marka raketlərdən zərbə vurmaq yetərlidir. Hansı marka raketlər, o dəqiq demir.

Keçən ilin aprel ayında Ermənistan ordusu Azərbaycan əsgərinin qarşısında sınanda heç bir raket ermənilərə yardım etmədi. Yalnız Moskvanın xahişi Azərbaycan ordusunu dayandırdı.

"İskəndər”lərə gəldikdə isə, Ermənistan ərazisində onlardan var. Amma onlar erməni hərbçilərinin yox, Rusiya hərbçilərinin nəzarətindədir. Bu, aydındır. Bu cür oyuncaqlarla peşəkarlıqla davranmaq lazımdır. Müttəfiqləri də ermənilərə heç cür etibar etmirlər. Rusiya rəhbərliyi buna dəfələrlə əmin olub. Yəni erməni mətbuatı öz oxucularının başını xarab edib bizim pullarımızı saymasın. Bizim pulumuz var.

Amma dövlət borcu 60 fazi keçən Ermənistan artıq defolta yaxınlaşır.

Mais Məmmədov, əməkdar jurnalist




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol