Azər Tağıyev istefa verdi

Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəzifəsindən istefa verdiyi bildirilir.
Virtualaz.org-un verdiyi məlumata görə, Azər Tağıyev səhhətində olan problemə görə belə addım atmağa məcbur olub.
Qeyd edilib ki, qurumun Nizamnaməsinə uyğun olaraq, növbəti qurultayadək Vəkillər Kollegiyası sədrinin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.
Ekspertlər də təsdiq edirlər ki, son illərdə Vəkillər Kollegiyası səmərəsiz, formal bir təşkilata çevrilmiş, ictimaiyyət arasında vəkillik institutunu ümumiyyətlə nüfuzdan salmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























