• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistandan böyük köç başladı

Ermənistandan böyük köç başladı
28.09.2017 17:37
Gürcüstana və Rusiyaya gedənlərin sayı saniyə-saniyə artır

Ermənistandan Gürcüstana və Rusiyaya gedənlərin sayı sürətlə artır. İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak” qəzeti yazır.
Qəzetin yazdığına görə, gedənlər o qədər çoxdur ki, təyyarə biletlərinin qiyməti saniyə-saniyə artır. İlk ağla gələn bunun Rusiyada Ermənistandan gələn əmək miqrantlarına xüsusi güzəştlərin artırılması ilə bağlı olmasıdır.

Azərbaycan prezidenti İlham Əliyevin BMT sessiyasındakı məntiqli çıxışı da ermənilərin ölkəni tərk etməsini sürətləndirən amillərdəndir. Hər halda, Ermənistan sakinləri Azərbaycanın işğal vəziyyəti ilə barışmayacağını və gec-tez hərb yolu ilə öz torpaqlarını geri alacağını anlayıblar.

Amma həmişə patriotik ritorika ilə seçilən erməniləri ölkəni tərk etməyi iqtisadi vəziyyətlə və Rusiyada yaradılan güzəştlərlə əsaslandırırlar. Digər MDB sakinlərindən fərqli olaraq Ermənistan vətəndaşları Rusiya poliklinikalarında pulsuz müalicə olunurlar. Həmçinin, Ermənistan vətəndaşları iş yerindən heç bir arayış gətirmədən bir illik qeydiyyata düşə bilirlər və bunun üçün 100 dollardan bir qədər aşağı xərcləri çıxır.

Rusiya Ali İqtisad Məktəbinə bağlı mərkəzlərdən birinin araşdırmasına görə, ermənilər  Rusiyada pis qazanmırlar - leqal işləyənlər orta hesabla ayda 31,1 min rubl (təxminən 536 dollar), qeyri-leqal işləyənlər isə 28,1 min rubl (təxminən 485 dollar) qazanırlar.

Lakin bu, miqrantlara həm Rusiyada yaşamağa, həm də Ermənistanda ailə saxlamağa imkan yaratmır. Buna görə miqrantlar ailələrini də Rusiyaya aparmağa meylli olurlar. 

Bu fakt mərkəzin apardığı araşdırmada da qeyd olunub. Mərkəzin məlumatına görə, Ermənistandan olan miqrantların 72,1%-i həmişəlik Rusiyada qalmaq istəyir, 11,9%-i  Rusiyada işləyib Ermənistan vətəndaşı kimi qalmağa üstünlük verir. Yalnız 3,3% əmək miqrantı pul yığıb geri qayıtmağa çalışır. 1,4% erməni əmək miqrantı isə Rusiyanı da tərk edib qərb ölkələrinə yerləşməyi planlaşdırır.

2017-ci ilin birinci yarısında Rusiyada 507 min nəfər Ermənistan vətəndaşı əmək miqrantı kimi qeydə alınıb. İlin birinci yarısında onların Rusiyadan Ermənistana  göndərdiyi vəsaitlər 408,6 milyon dollar təşkil edib. Bütövlükdə isə Ermənistan vətəndaşları 2017-ci ilin birinci yarısında xaricdən  724,7 milyon dollar transfert alıblar.

Rusiyadan daxil olan vəsaitlər bir neçə il əvvəllə müqayisədə iki dəfəyə qədər azalıb. Məsələn, 2013-cü ildə Rusiyadan Ermənistana 1,8 milyard daxil olmuşdu. 2017-ci ildə müqayisədə bu, ən azı iki dəfə çoxdur. Bu məsələ Ermənistan rəsmilərinin açıqlamasında da yer alır. "Dalma News" agentliyinin yazdığına görə, Ermənistan maliyyə naziri Vardan Aramyan bildirib ki, son üç ildə əmək miqrantlarının Ermənistana göndərdiyi transfertlər 38% azalıb və nəticədə Ermənistan 830 milyon dollar vəsait itirib.

Bu, təbii ki, böhran nəticəsində Rusiyada gəlirləri azalan ailə başçılarının öz ailə üzvlərini birdəfəlik işlədikləri şəhərlərə aparması ilə bağlıdır. Nəticədə, Ermənistandan onsuz da yüksək olan köç bir qədər də sürətlənib. Ermənistan hakimiyyətinin etirafına görə, Robert Koçaryanın dövründə Ermənistan əhalisi 500 min nəfər, Serj Sarkisyanın dövründə isə 250 min nəfər azalıb, 100 kənd tamamilə ləğv olub, 300 kənd isə tamamilə boşdur. Güclənən yeni miqrasiya dalğası boşalan kəndlərin sayını artıracaq.

Beləliklə, Ermənistan səlib yürüşləri öncəsi kəndləri boşalmış, şəhərləri kəndə çevrilmiş Bizansa bənzəyir. Kənardan böyük dövlət kimi görünən Bizans öz əhalisini səlibçilərdən qoruya bilmirdi. Buna görə 1071-ci ildə Malazgird döyüşündə 20 minlik səlcuq ordusu 70 minlik yunan ordusuna asanlıqla qalib gəldi. Pravoslav yunanlar katolik hücumlarından qorunmaq üçün türklərə sığındılar. 2500 il əvvəl Troyadan yunanların hiyləsi ilə soyqırıma uğrayaraq çıxarılan türklər tarixi vətənlərinə yenidən qayıtdılar.

Böyük ehtimalla, eyni taleyi ermənilər də yaşayacaq. Gün gələcək, boşalan kəndlərin arasında xaraba qalmış şəhərlərdə yaşayan bir neçə yüz min yaşlı erməninin xilas üçün Azərbaycan ordusunu dəvət etməkdən başqa yolu qalmayacaq. O günə çox qalmayıb.

Çingiz Rüstəmov
 İstiPress




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol