• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya senatorundan Kataloniya və Qarabağ separatçılarına dəstək

Rusiya senatorundan Kataloniya və Qarabağ separatçılarına dəstək
02.10.2017 09:12
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev ötən gün İspaniyanın Kataloniya bölgəsində keçirilmiş müstəqillik referendumunu dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Kosaçev özünün "Facebook” səhifəsində bu haqda yazıb.

"Dövlətlərin ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etməsindən o vaxta qədər vacibdir ki, tərəflərin heç biri güc tətbiq etməsin. Əgər İspaniya hakimiyyəti əvvəlki kimi kataloniyalıları separatçı, yaxud indi gördüyümüz kimi terrorçu hesab edəcəksə, dialoq təkcə polis tərəfindən bağlanmayan səsvermə məntəqələrinin sayı barədə aparılacaqsa münaqişə daha da dərinləşəcək, müstəqillik tərəfdarlarının ayaqları altında zəmin daha da möhkəmlənəcək”-Rusiya senatoru yazıb.

Konstantin Kosaçev əlavə edib ki, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya "xalqlarının” öz müqəddəratın təyin etməyə tam hüquqları var idi. Senator Krımın Ukraynadan ayrılıb Rusiyaya birləşdirilməsinə də haqq qazandırıb və yazıb ki, buna Kiyevdə "silahlı millətçilərin nümayişkarənə şəkildə güc tətbiqi ilə hədələməsi” gətirib çıxardı. "Ukraynanın cənub-şərqində davam etməkdə lan hərbi zərbələr də Luqansk və Donetskin Kiyevdən beləcə ayrılmasına gətirib çıxara bilər”-o, xəbərdarlıq edib.

Xatırladaq ki, Qərb KİV-lərinin yazdıqlarına görə Kataloniyada alovlanan separatizmdə Rusiyanın əli var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol