• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın “kölgə” kəşfiyyatından "Qarabağla" bağlı maraqlı məqalə

ABŞ-ın “kölgə” kəşfiyyatından "Qarabağla" bağlı maraqlı məqalə
02.10.2017 23:39
ABŞ-ın tez-tez "kölgə MİK-si” adlandırılan "Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın "Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.

Məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq oynamaq imkanına malik olmasıdır. 

"Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu nə klubdur və haradan gəlib”, – nəşr yazır.

"Bu il Azərbaycan çempionu "Qarabağ” həmin klublardandır. Sentyabrın 27-də "Qarabağ” öz meydanında əfsanəvi "Roma”nı qəbul edib. 2:1 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı.Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidir”, – "Stratfor” vurğulayır. Daha sonra Amerika nəşri "Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini çatdırır.

"Klub 2001-ci ildə xilas edildi. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin köməyi ilə "Qarabağ”ın sponsoru "Azərsun” şirkəti oldu. Hazırkı prezident İlham Əliyev idman dünyasının geosiyasətlə və iri büdcəli sərmayələrlə bağlılığını çoxdan dərk edib. Bundan başqa, İlham Əliyev 1997-ci ildən ölkənin Milli Olimpiya Komitəsinin rəhbəridir. Onun ən böyük nailiyyətlərindən biri 2020-ci ilin furbol üzrə Asvropa çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qərarının verilməsidir.

"Azərsun”un maliyyə dəstəyi və İlham Əliyevin xeyir-duası ilə "Qarabağ” Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycan hökumətinin böyük qələbəsidir. Bütün dünyada onlarla milyon azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər. Ermənilərin məyusluğu isə anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”, - məqalədə deyilir/Azpolitika.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol