• $
  • €
  • ₽
  • ₺
  • £

WT: Sülh şəraitində yaşamaq üçün yer axtarışındasınızsa, Azərbaycana gəlin

WT: Sülh şəraitində yaşamaq üçün yer axtarışındasınızsa, Azərbaycana gəlin
04.10.2017 11:30
Azərbaycanda uzun illərdən bəri müxtəlif xalqlar və etnik qruplar birlikdə yaşayıb, Azərbaycan xalqı onlara qarşı sevgi və mərhəmət nümayiş etdirib. Tarix boyu Azərbaycanda yaşayan xristian, yəhudi və müsəlmanlar arasında münaqişə qeydə alınmayıb.

anews.az-ın Trend-ə itinadən məlumatına görə, bunu Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata "Washington Times”da dərc olunan "Azərbaycan: Dini tolerantlıq diyarı” məqalədə deyib.

"Hansı müsəlman ölkəsi yəhudi, xristian, müsəlman və bəhailərə sülh və harmoniya şəklində yaşamaq imkanı verir?” sualına cavab axtarıldığı yazıda qeyd olunur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikulturalizm hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif dini icmalar nəinki sülh şəraitində yaşayır, eyni zamanda, sosial və xeyriyyə tədbirlərinə də qatılırlar.

K.Ata həmçinin bildirib: 

"Baxmayaraq ki, ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir, Konstitusiyaya əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu, Azərbaycan vətəndaşları və ölkəni sevən hər bir şəxs kimi bizim də Konstitusiyamızdır. Biz bu ölkəyə uğurlar, maddi, mənəvi inkişaf arzulayırıq”.

Məqalədə həmçinin, BMT-nin 1948-ci il tarixli "İnsan Hüquqları Haqqında Bəyannamə”si ilə də bağlı fikirlər yer alır.

Bildirilir ki, Bəyannaməyə əsasən, dinindən, dilindən, irqindən, milli və sosial mənsubiyyətindən və s. asılı olmayaraq, hər kəsin söz, fikir, vicdan, təhsil, din azadlığı var.

Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə bildirib: 

"Mən hər zaman, hər yerdə yəhudilərə deyirəm ki, əgər sülh şəraitində yaşamaq üçün yer axtarışındasınızsa, Azərbaycana gəlin”.

O qeyd edib ki, biz Azərbaycanda artıq 2000 ilə yaxındır ki, yaşayırıq və daha 2000 il də yaşayacağıq: 

"Biz burada müxtəlif din nümayəndələri və etnik qruplarla birgə sülh və harmoniya şəklində yaşayırıq. Azərbaycan hökuməti din və dilimizin qorunması istiqamətində çalışır. Biz ölkə Konstitusiyasında nəzərdə tutulan bütün hüquqlardan bəhrələnirik. Prezident İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu deyir. Biz Azərbaycanda sülh və təhlükəsizlik şəraitində yaşayırıq”.

Məqalədə daha sonra Bəhai Dini İcmasının katibi Ramazan Əsgərli deyib ki, coğrafi baxımdan Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan öz mədəniyyətini hər iki baxımdan inkişaf etdirib: 

"Azərbaycan xalqı öz tolerantlığı və mərhəmətliliyi ilə digər mədəniyyət və xalqlara təsir göstərir. Azərbaycan xalqı digər mədəniyyət və xalqlara münasibətdə öz tolerantlığı və nəcibliyi ilə seçilir. Hökumət bu mədəniyyətin inkişafı üçün lazımi şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar qədim və zəngin mədəniyyətə malik sülhsevər xalq kimi təqdim edilir. Bəhai dini ölkədə yaradılan şəraitdən yetərincə yararlanır və biz buna görə Azərbaycan hökumətinə minnətdarıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol