• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən yeni variantda Qarabağ həlli

Putindən yeni variantda Qarabağ həlli
05.10.2017 08:16
BMT regional  münaqişələrin həllinə xüsusi diqqət yetirməlidir. İstiRress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə 20 ölkənin yeni səfirini qəbul zamanı bildirib.

"Bütün ölkələr üçün qanunun aliliyinə şərtsiz riayət eləmək, Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsinə əsas məsuliyyət daşıyan qurum kimi BMT Təhlükəsizlik Şurasının xüsusi imtiyazlarına hörmət etmək prioritet olmalıdır", - deyə Vladimir Putin vurğulayıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko "Vestnik Kavkaza"ya müsahibəsində bildirib ki, Rusiya prezidentinin sözləri Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Onun fikrincə, BMT vasitəçi kimi münaqişənin həlli üçün bir neçə variantda hərəkət edə bilər,
Birinci variant ATƏT-in artıq 25 ildir ki, vasitəçi kimi heç bir nəticə verməyən Minsk qrupunun ləğvi və BMT-nin nəzdində yeni danışıqlar formatının başlanması ola bilər. İkinci variant isə Minsk qrupunun özünü ATƏT formatından çıxararaq BMT formatına keçirilməsi, ona müvafiq və daha keçərli status verilməsi ilə bağlıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində münaqişəni həll etmək üçün yeni qurumun yaradılmasına ehtiyac olmadığını deyib:

"ATƏT-in Minsk qrupu 1993-cü ildə BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən Ermənistana qarşı qətnamələr qəbul edildikdən sonra yaradılıb. BMT TŞ-in daimi üzvü olan üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa münaqişəni öz nəzarətlərinə götürdülər. Yəni BMT qətnamələrinin icrasını onlar təmin etməli idilər. Amma keçən 25 il göstərdi ki, onlar qətnamələri yerinə yetirməklə yox, Cənubi Qafqazda öz maraqlarını təmin etməklə məşğul olublar.
Yəqin ümid edirlərmiş ki, vaxt keçər və münaqişə unudular. Amma unudulmadı, Azərbaycan diplomatik fəaliyyətini dayandırmadı, həmçinin ordusunu gücləndirdi. Aprel döyüşləri onlara göstərdi ki, Azərbaycanın vəziyyətlə barışmaq niyyəti yoxdur. Buna görə, yeni qurum yaratmaq istəyirlər ki, bir qədər də o, vaxtı uzatsın”

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə İstiPerss-ə müsahibəsində əslində çoxdan arzulanan variant çin ola bilər:

"Şəxsən mən dəfələrlə təklif etmişəm ki, münaqişə BMT çərçivəsində həll edilsin. Çünki Ermənistanın işğalçı siyasətinə qarşı 4 qətnaməni məhz BMT qəbul edib. Həm də BMT-nin sülhməramlı qüvvələri var, münaqişənin həllində bu qüvvələrdən istifadə edə bilər”.

Əslində, bu, Rusiyanın son 25 ildə münaqişənin həlli ilə bağlı tutduğu mövqeyə 180 dərəcə ziddir. Rusiya adətən Dağlıq Qarabağı öz nüfuz dairəsində olan münaqişə sayırdı və ATƏT-in Minsk qrupunun digər həmsədrləri də bu məsələdə onun aparıcılığı ilə barışırdı. İndi isə Moskva tək Dağlıq Qarabağda bağlı deyil, həm də maraq dairəsində olan digər regional münaqişələrin də BMT müstəvisində həllini təklif edir.

Nə baş verir? Bəlkə, Rusiya İraq Kürdüstanı və Kataloniyada müşahidə olunan müstəqillik paradının çox sayda muxtar qurum olan ərazisinə keçməsindən çəkinir. Hər şey ola bilər. Hər halda, Rusiyanın daxilində onlarla avtoxton xalqa məxsus muxtar qurumlar və sərhədlərin toxunulmazlığı prinsipi ortadan qalxarsa, Rusiya artıq öz ərazində onlarla regional münaqişə ilə üzləşməli olar. Bəlkə də, buna görə, Moskva ətrafını sarmış qaynar nöqtələri birdəfəlik söndürmək istəyir.

Çingiz Rüstəmov
 İstiPress    




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol