Rusiya Ərəbistanda AES tikmək istəyir

Rusiyanın "Rosatom” şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb. Trend-in məlumatına görə, bunu "Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçyov deyib.
Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib.
Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.
Qeyd edək ki, 2015-ci ilin yayında Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşıq barədə saziş imzalamışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























