• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Quliyevin vəziyyəti ağırlaşıb

Şahbaz Quliyevin vəziyyəti ağırlaşıb
08.10.2017 00:02
3 ildən çoxdur ki, erməni girovluğunda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev gün keçdikcə bizdən bir addım uzaqlaşır. Həmvətənlərimiz bizdən uzaqlaşdıqca vətən torpağına daha da yaxınlaşırlar... Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ayda bir dəfə onlara baş çəkməsi də nəyisə dəyişmir.

Şahbaz Quliyev ailəsinə ünvanlandığı sonuncu məktubunda vəsiyyətini də edib. Bu barədə Modern.az-a girovun qardaşı İlham Quliyev danışıb.
"Məktubunda yazıb ki, xəstədir. Ermənilər guya onu müalicə edirlər. Qardaşım yemək yeyə bilmir. 1 aydır Yerevandadır. Deyir "yesəm də ağrıyıram, yeməsəm də”. Onu müalicə edən pakistanlı həkim vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Amma mən bunlara inanmıram”.

İ.Quliyev fikrini belə əsaslandırıb:

"Vəziyyəti yaxşı olsaydı, onu xəstəxanda saxlamazdılar. Bilirəm ki, vəziyyəti yaxşı deyil. Bu dəfə sadəcə məktub göndərib, videomüraciət də yoxdur ki, heç olmasa üzünü görək”.

Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə sonuncu dəfə sentyabrda baş çəkilib:

"Sadəcə olaraq saxlanılan şəxslərin sağlamlıq durumu ilə bağlı məlumatlar yalnız ailəsinə və əlaqədar təşkilatlara çatdırılır. Bu, ictimaiyyətə açıqlanmır”.

İ.Hüseynovanın "Dağlıq Qarabağda saxlanılan şəxslərə xəstəxanada baş çəkilib yoxsa Şuşa həbsxanasında” sualına cavabı belə olub:

"Saxlanma yerindən asılı olmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi onlara baş çəkib və mandatına uyğun olaraq da baş çəkməkdə davam edəcək”.

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol