Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər

Tanınmış aktyor-ssenarist Elsevər Mehdizadəyə erməni rejissor tərəfindən filmə çəkilmək təklifi edilib.
Anews.az xəbər verir ki, bu barədə Ölkə.Az-a aktyor özü məlumat verib
"Bir erməni sosial şəbəkə vasitəsilə mənə yazdı. Bildirdi ki, sənin istedadını bəyəndiyim üçün filmimizə çəkilməyini istəyirəm. Hətta dedi ki, ssenari də hazırdır. Təbii ki, mən bu təklifdən imtina etdim. Çünki mənim dövlətimin ərazi bütövlüyünü tanımayan dövlətin, xalqın istənilən nümayəndəsi mənimçün düşməndir".
Qeyd edək ki, Elsevər Mehdizadə hazırda "Xəzər" televiziyasında yayımlanan "Ailəcanlı" serialında oynayır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























