Polşanın XİN rəhbəri Azərbaycana səfər edəcək

Polşanın xarici işlər naziri Vitold Vaşikovski oktyabrın 18-də Azərbaycana səfər edəcək.
Anews.az-ın xəbərinə əsasən, bu barədə Report-a diplomatik mənbələrdən məlumat verilir.
Birgünlük səfər çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənir.
Görüşlər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi və iqtisadi sahələrdə perspektivlər müzakirə ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























