• $
  • €
  • ₽
  • ₺
  • £

Kremlin İrəvana 100 milyonluq silah verməsinin SİRLƏRİ

Kremlin İrəvana 100 milyonluq silah verməsinin SİRLƏRİ
14.10.2017 11:37
Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verir. Bunun sadəcə kağız üzərində kredit olduğu şübhəsizdir, çünki silahlar işğalçı ölkəyə ödənişsiz verilir. Rəsmi sənəddə göstərilən 10 faiz ilkin ödəniş isə formal xarakter daşıyır. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da hesab edir ki, "Ermənistana müasir silahların çatdırılması kredit kimi rəsmiləşir, hətta əvvəlcədən 10 faiz ödəniş də edilir. Lakin bu silahlar ödənişsiz verilir. Artıq Rusiya Ermənistanı əsrin 1/4 hissəsidir ki, pulsuz silahlandırır”.

Musabəyovun fikrincə, Rusiya bunu Ermənistanın Qarabağ danışıqlarında inadkar davranmağa ürəkləndirmək məqsədilə edir.

"Çünki Dağlıq Qarabağ münaqişəsi Moskvanın dalanından çıxdı və müzakirə məkanı kimi Cenevrə seçildi”, - deyə o, oktyabrın 16-da keçiriləcək prezidentlərin görüşünə işarə vurub.

Publika.az xəbər verir ki, bu ehtimal mümkündür, lakin Rusiyanın indiki məqamda Ermənistana 100 milyon dollarlıq silah krediti verməsinin arxasında başqa səbəblərin olması versiyası da mövcuddur.

Sarkisyanın şantajı: Ermənistan parlamentində müxalifət fraksiyası olan "Yelk” bloku ölkənin Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı təkliflər paketi hazırladı. Bu məsələ parlamentdə qəbul olunmasa da, ciddi müzakirələrə səbəb oldu və müzakirələrin hələ də davam etdiyi müşahidə olunur. "Yelk” müxalifət blokudur və hesab etmək olar ki, qərbyönümlü siyasi qüvvələr Rusiya buxovundan xilas olmağın yollarını axtarır. Lakin Moskva hesab edir ki, "Yelk” bloku Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir. Təklif də əslində Baqramyan 26-da (Ermənistan Prezident Administrasiyasının ünvanı) hazırlanıb. Sarkisyan bu təklifi "Yelk”in adından irəli sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj edir. Bu prosesin nəticəsində Ermənistan "Putin ittifaqlarından” çıxmadı, lakin cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi gündəmə gətirildi. 

Rusiyanın indiki məqamda Ermənistana 100 milyon dollarlıq silah krediti ayırması Sarkisyanın şantajının işə yaradığını göstərir.

Çərçivə Sazişi: Lakin Moskvanın ayırdığı "kredit”in arxasında Sarkisayanın oyunundan daha çox, Avropa İttifaqının Ermənistanı ələ keçirməsi gözləntilərinin dayandığını deyə bilərik. Noyabr ayında Avropa İttifaqı ilə Ermənistan arasında Çərçivə Sazişinin imzalanması gözlənilir. İttifaq dünən 357 səhifəlik yeni sazişi dərc etdi. 2013-cü ildə Ermənistanın son anda Brüsselə "atdığını” nəzərə alsaq, bu dəfə də analoji halın yaşanacağı gözləntisi böyükdür. Çünki "Putin ittifaq”ında təmsil olunmaqla hakimiyyətini qoruyan Sarkisyan bu riskə getməz. Amma Ermənistan prezidentinin avropalı qonaqları İrəvanda qarşıladığı da müşahidə olunur. Sarkisyan bununla Moskvaya mesaj verir, həmçinin, özünün "Ermənistanda ruslar üçün alternativsiz” olduğunu sübut etməyə çalışır. Çünki 2018-ci ilin aprelində prezident postunu təhvil verəcək Sarkisyan Təhlükəsizlik Şurasının katibi olaraq ölkə üzərində nəzarəti saxlamaq niyyətindədir. 

Bunun üçün də ilk növbədə Moskvanın dəstəyi lazımdır. Sarkisyanın "blef” etdiyini güman ki, Rusiya da anlayır, amma Moskvaya indiki məqamda Ermənistana "kötək” yox, "kökə” göstərmək sərfəlidir. 100 milyon dollarlıq silah kreditini də məhz "rus kökəsi” adlandırmaq olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol