• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri

ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri
15.10.2017 16:21
aşinqton və Bakının əhəmiyyətli münasibətlərinə rəğmən, ABŞ-da işğalçı Ermənistana dəstək davam edir. Bu dəstək gah işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR-ə maliyyə yardımının ayrılması, daha da işğalçı İrəvan rejiminə bu və ya digər formada köməkliyin göstərilməsindən başlamış, müdafiə xarakterli addımlara qədər bir sıra spektrdə özünü göstərir. Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi dinləmələr də bu dəstəyin davamıdır.
 
Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Müzakirələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.
 
Məqsəd ortadadır: Ermənistanı "müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq.
 
Ermənistan mediası da keçiriləcək müzakirələr haqda xəbəri sevinclə "ABŞ-ın Ermənistana daha çox maliyyə yardımı ayırması üçün görülən iş” olaraq təqdim edib.
 
Bu, ilk növbədə beynəlxalq qanunvericiliyə zidd addımdır, digər tərəfdən, Qarabağ münaqişəsinin nizama salınması missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-ın xarici siyasət maraqlarına zərbədir.
 
Bütün bunların fonunda Ermənistana dəstək məqsədilə belə bir müzakirələrin keçirilməsi Helsinki Komissiyasının nizamnaməsinin də pozulması deməkdir. Bu komissiya ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, Komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.
 
Ümumi mənzərə belədir ki, ABŞ-ın müxtəlif strukturlarına sızmış erməni və onların lobbiləri bu ölkənin maraqlarını nəzərə almadan, yanlış addımların atılmasına nail olur. Əslində, ABŞ-ın Helsinki Komissiyasının sədrinin konqresmen Kristofer Smit olması da bir çox qaranlıq mətləbləri gün üzünə çıxarır. Bu konqresmen vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub. Hazırda ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. K. Smit Azərbaycana qarşı "907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır.
 
K.Smit ABŞ-dakı erməni diasporunun nümayəndələri ilə tez-tez bir araya gəlir. Misal üçün, ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Tvitter səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotolar yaydı. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, "erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür”.
 
K.Smit qondarma "erməni soyqırımı”nın tanınması istiqamətində də fəal şəkildə iş aparır. Erməni lobbisinin üzvü olan bu konqresmen 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı "Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi. Layihədə irəli sürülən sanksiya təklifləri belə idi: Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə viza verilməsi qadağan edilsin; Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın; ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyəti qadağan edilsin; Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun; Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilərlər.
 
Bu, Azərbaycanın iqtisadi dayaqlarının laxladılması və Qarabağ danışıqlarında "təslimçi sülhə” məcbur etmək cəhdi idi. Yəni, Azərbaycan rəhbərliyinə "yalnız Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərtlərlə razılaşdığın təqdirdə viza veriləcək” mesajı idi. Plana görə, Dağlıq Qarabağın işğal faktı legitimləşdiriləcəkdi. Lakin bu oyun baş tutmadı. Görünür, "erməni işi” davam edir və Kristofer Smit kimi konqresmenlər bu işdə işğalçı ölkəyə dəstək verir.
 
Asif



Яндекс.Директ









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol