• $
  • €
  • ₽
  • ₺
  • £

“Cəbhədə gərginliyin azaldılması ilə bağlı razılığa gəldik” - Sarkisyan

“Cəbhədə gərginliyin azaldılması ilə bağlı razılığa gəldik” - Sarkisyan
16.10.2017 22:34
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə müzakirə olunan bəzi detalları açıqlayıb.
AzVision.az-ın məlumatına görə, Sarkisyan İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib ki, bu gün Azərbaycan prezidenti ilə cəbhədə gərginliyin azaldılmasına dair razılıq əldə edilib.

"Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb. Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq. Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq. İlham Əliyevproblemin mürəkkəbliyini çox yaşı anlayır. Təbii ki, mən də. Bu elə problemdir ki, sadə həlli olmayacaq”, - Sarkisyan deyib.

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanprezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.

Zirvə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb. 

Bəyanatda görüşün konstruktiv keçdiyi qeyd olunub. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol