• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ savaşı bu tarixdə başlaya bilər

Qarabağ savaşı bu tarixdə başlaya bilər
18.10.2017 11:20
"Qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyan bir tərəfdən Azərbaycana qarşı psixoloji təzyiq elementindən istifadə edir, digər tərəfdən isə Rusiya-Ermənistan-Dağlıq Qarabağ gizli silah sövdələşməsinin mexanizmini açıqlayır".

Bu sözləri axar.az-a Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Qarabağ ordusunun qarşıdakı 3 il ərzində sürətlə silahlanacağı barədə sözlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın Ermənistana kredit adı altında dağıdıcı silahlar göndərdiyini qeyd edib:

"Bu silahların içərisində dağıdıcı silahlar – raket texnikası, ağır odsaçan silahlar, xüsusən T-90 tankları üstünlük təşkil edir. Rusiya tərəfi bunu Ermənistana ayrılmış kredit kimi təqdim etsə də, əslində, bunlar hamısı pulsuz, heç bir ödəniş olmadan Ermənistana, oradan isə Dağlıq Qarabağa göndərilir. Aprel döyüşlərindən sonra Dağlıq Qarabağın müdafiə sistemləri daha da möhkəmləndirilib, ermənilər yeni silahlarla təchiz edilib və yeni silahların daxilolma prosesi davam edir. Ermənistan ordusunun müasir silahları mənimsəməsində Rusiyadan göndərilən təlimatçıların rolu böyükdür. ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin təcavüzkarı bu cür silahlandırması bölgəni barıt çəlləyinə çevirir. Bu, çox təhlükəli tendensiyadır”.

Politoloq Qarabağ separatçı qruplaşmasının qarşıdakı 3 il ərzində müdafiə potensialı və hücum gücünü artırmasının ölkəmizə qarşı hər hansı bir təxribat hazırlığı olmasını istisna etmədiyini bildirib:

"Belə bir hal, Qarabağda 3 ildən sonraya hesablanan təxribat, əlbəttə, mümkündür. Ermənistan ordusu yenidən qurulur. Rusiya istehsalı müasir silahlarla təchiz olunur. Bu, 3 illik proqram xarakterli hərbi silahlanmadır və Saakyanın bu barədə danışmasında müəyyən blef elementləri var. Bununla ölkəmizə psixoloji təzyiq göstərməyə çalışırlar. Onu da qeyd etmək lazımdır ki, Rusiya əvvəlkindən daha çox Ermənistana yardım etməyə başlayıb. Nəticə etibarı ilə bu gün bölgənin ən çox militaristləşdirilmiş, silahla təchiz edilmiş ərazisi Dağlıq Qarabağ və Ermənistandır. Ermənistan Avropada silahlar və silahlı qüvvələrin yerləşdirilməsinə dair müqavilənin kvota şərtlərini kobud şəkildə pozur. Burada hər bir dövlətin nə qədər silah və canlı qüvvəyə malik ola biləcəyindən bəhs edilir. Ermənistan isə nəzərdə tutulandan 26 dəfə çox kvotaya malikdir. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi hətta müəyyən edilmiş silah kvotasını pozmaqdan belə çəkinmir”.

Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan qarşıdakı 3 il ərzində separatçı silahlı qruplaşmanın "döyüş hazırlığının” artırılması və vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif proqramların həyata keçiriləcəyini deyib. O, Ermənistan ordusunun müasir hərbi texnika ilə təchiz olunacağını da bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol