• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...”

Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...”
19.10.2017 12:21
Prezidentlərin Cenevrə görüşü haqda müzakirələr davam edir.

Publika.az xəbər verir ki, Serj Sarkisyanın görüşdən çıxarkən "qalib” görüntüsü yaratmasının əksinə olaraq, Ermənistanda onun Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında məğlub olduğunu hesab edirlər.

"Lragir” saytı yazır ki, Cenevrədə Vyana çağırışı (atəşkəsə nəzarət mexanizmi - red.) səslənmədi: "Çoxları hesab edir ki, İrəvan ilkin şərt kimi irəli sürdüyü bu məsələdən imtina etdi. Bunun fonunda İlham Əliyevin görüş ərəfəsində "Ermənistan ilkin şərt olmadan danışıqların yenilənməsinə razılaşdı” açıqlaması da təsadüfi deyil. Bu baxımdan, Cenevrə görüşündə Azərbaycan ilkin şərt olmadan danışıqların başlanmasına nail oldu. Bu Bakının qələbəsi hesab edilir. Bəs Sarkisyan niyə heç bir qazanc görünməyən bu görüşə getdi?! Onu kim inandırdı? Mümkündür ki, Rusiya Sarkisyanı buna məcbur edib”.

Erməni siyasi şərhçi Naira Ayrumyan isə qeyd edir ki, Ermənistan danışıqlara ilkin şərtlə getməyərək, geri çəkildiyini nümayiş etdirdi.

Digər erməni şərhçi Akop Badalyan da hesab edir ki, Sarkisyan Cenevrədə Azərbaycanın üstünlük hüququnu tanıdı.

"Ümumiyyətlə, Serj Sarkisyan və onun partiyasının təbliğatçıları əvvəl dediyi sözlərdən geri çəkildi. Onlar etibar mühitinin yaradılmayacağı təqdirdə görüşə getməyəcəklərini deyirdilər, hərçənd, Cenevrədə bunun tam əksi oldu”, - deyə o bildirib.

Rusiyalı politoloq Pavel Klaçkovun Cenevrə görüşü haqda fikirləri də diqqət çəkir.

Onun sözlərinə görə, Serj Sarkisyanın görüşdən sonra İsveçrədəki erməni diasporunun qarşısında dediyi fikirlər daxili siyasətə köklənmişdi.

"Auditoriya da təsadüfi seçilməmişdi. Çünki diaspor hesab edir ki, İrəvan Azərbaycana güzəştə getməməlidir. Onları sakitləşdirmək üçün Sarkisyan bu sözləri dedi”, - deyə o bildirib.

P.Klaçkov hesab edir ki, yaxın gələcəkdə Qarabağda yeni toqquşmaların baş verməsi gözlənilir: "Çünki danışıqlarda konkret irəliləyiş yoxdur və bu atmosferdə münaqişənin eskalasiyası mümkündür”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol