• $
  • €
  • ₽
  • ₺
  • £

Nalbandyan: Dağlıq Qarabağ Litvaya tabe olub

Nalbandyan: Dağlıq Qarabağ Litvaya tabe olub
20.10.2017 14:54
Ermənistanın xarici işlər nazirinə təcrübəli həkim lazımdır.

Gündən-günə əmin olmaq olur ki, Ermənistanın bütün siyasi elitası xəstədir. İlkin diaqnoz psixikanın pozulmasıdır. Burada çox təcrübəli yaxşı həkim lazımdır.

Məgər normal adam belə şey danışarmı? Nalbandyan Avropanın erməni icması ilə görüşən zaman qəflətən bildirib ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayıb və heç zaman da olmayacaq. Soruşmaq lazımdır ki, bəs, Qarabağ hara aid olub - Rusiyaya, Litvaya, Monqolustana?
Belə şeyi yalnız başdan xəstə adam deyə bilər. Amerikalıların çox gözəl atalar sözü var: əgər sən belə ağıllısan, onda niyə belə kasıbsan? Bəs, onda bu görüşlər, danışıqlar, Ermənistanın yaxın günlərdə bir neçə rayonu geri qaytaracağı barədə işarələr nəyə lazımdır.

Ermənistanın bədbəxtliyi ondadır ki, onlar Azərbaycanın bir neçə rayonunu işğal ediblər və sonra nə edəcəklərini bilmirlər. Əvvəl hansısa qurum yaradıb respublika dedilər. İndi öz nazirlərinin dili ilə deyirlər ki, onlar üçün ən önəmlisi odur ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın ərazisi olmayıb.

Belə düşünmək lazımdır ki, bunların uydurduğu respublika ideyası sona çatıb. Halbuki, Xankəndidəki oyuncaq rejimin marionet kuklalarının prezidentlik ideyası o qədər xoşuna gəlib ki, onlar hətta İrəvanla söyüşməyə də hazırdır. Nalbandyan isə təntənəli şəkildə Avropada bildirib ki, Ermənistanın indiki rəhbərlərin heç biri heç zaman razılaşmaz ki, Qarabağ Azərbaycanın tərkibinə qaytarılsın.

Bəs, onda nə etməli? Çıxış birdir - baş xəstə olan köhnə rəhbərləri yeni, heç zaman "heç zaman” deməyən daha praqmatik gənclərlə dəyişmək lazımdır. Bu daha tez baş verə bilər - 2018-ci ilin aprel ayında baş verəcək seçkilərdə.

Mais Məmmədov, əməkdar jurnalist 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol