• $
  • €
  • ₽
  • ₺
  • £

Makron Qarabağdan danışdı: “Azərbaycana dəstək verməyə hazırıq”

Makron Qarabağdan danışdı: “Azərbaycana dəstək verməyə hazırıq”
20.10.2017 15:08
Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayev etimadnaməsini bu ölkənin Prezidenti Emanuel Makrona təqdim edib.

AzVision.az xəbər ki, Fransa Prezidenti səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Səfir R.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Emanuel Makrona çatdırıb. İkitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirən Fransa Prezidenti münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib. O, xoş arzularını və Azərbaycan-Fransa münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə işləmək niyyətini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Fransa Prezidenti Azərbaycanla iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirməsində maraqlı olduğunu bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunan dövlət başçısı Fransanın ölkəmizə dəstək verməyə hazır olduğunu söyləyib. O, Dağlıq Qarabağmünaqişəsində sabitliyin saxlanılmasının çox vacib olduğunu qeyd edib. Səfir R.Mustafayev Azərbaycanın Cənubi Qafqaz regionunda Fransanın əsas tərəfdaşı olduğunu və əməkdaşlığın kosmosdan tutmuş Xəzər dənizinin dibinə qədər bir çox sahələri əhatə etdiyini vurğulayıb. 

Bildirib ki, iqtisadi və sərmayə yatırımı sahələrində əlaqələrin daha da fəallaşdırılması üçün böyük imkanlar var. O, regionda ən böyük fransız universitetinin Bakıda fəaliyyət göstərdiyini və onun Fransa ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün marağımızın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Diplomat ən yüksək səviyyədə siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Səfir müsəlman Şərqində ilk demokratik respublika olan və bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin gələn il 100 illiyinin qeyd ediləcəyini bildirib. 

O, Azərbaycan Xalq Cümhuriyyətinin Parisdə tanındığını və onu ilk tanıyan dövlətin Fransa olduğunu diqqətə çatdırıb, bu hadisənin ölkələrimiz və xalqlarımız arasında münasibətləri yaxınlaşdırdığını vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol