• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yeni silahı düşməni qorxuya saldı

Azərbaycanın yeni silahı düşməni qorxuya saldı
29.05.2020 06:15
Azərbaycanın Belarusdan alacağı "Polonez" reaktiv yaylım atəşi sistemi Ermənistanda və Ermənistanın işğal elədiyi bütün ərazilərdə istənilən nöqtəni vurmağa imkan yaradacaq.

İstiPress-in məlumatına görə, bu barədə rusiyalı ekspert Mixail Belyayev "Vestnik Kafkaza” portalında yazdığı son məqaləsində bildirib.   

"Çətin ki, Bakı Ermənistan ərazisinə zərbəni birinci vuraraq münaqişəyə KTMT-nin müdaxiləsinə imkan yaradacaq. Amma Azərbaycan ordusunda  "Polonez" reaktiv yaylım atəşi sistemlərinin olması  erməni tərəfinin Azərbaycanın strateji infrastuktur obyektlərinə  və paytaxt Bakıya qarşı "İsgəndər" raketləri ilə zərbə vurmaq ehtimalını minimuma endirir",- deyə Mixali Belyayev vurğulayıb.

Mətbuatın yazdığına görə, Azərbaycan Belarusla bu silahların alınması ilə bağlı 170 milyon dollarlıq müqavilə bağlayıb. "Polonez" reaktiv yaylım atəşi sistemi istifadə edilən raketlərin tipindən asılı olaraq  120-200 kilometr məsafəni vurmağa qadirdir.  Beləliklə, Ermənistanın Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi "İsgəndər" raketlərindən istifadə etmək imkanı sıfra enir. Yaranmış durumda, əgər Ermənistan bu raketlərlə Azərbaycanın hər hansı strateji obyektinə - Mingəçevir su anbarına və ya Xəzərdəki hər hansı terminala zərbə vurarsa, Azərbaycanın bütün Ermənstan ərazisindəki hərbi və infrastruktur obyektlərini darmadağın etməyə və Ermənistanı böyük xarabalığa çevirməyə hüquqi imkan yaratmış olar. Təsadüfi deyil ki, erməni general Arkadi Ter-Tadevosyan Ermənistanın  bu cür addım  atmaq istəyin intihar istəyi kimi dəyərləndirib.

Beləliklə, Ermənistanın yuxarı elitasının və ekspert dairələrinin "İsgəndər" raketləri ilə blef  imkanı da minimuma enir. Buna görə onlar yavaş-yavaş İrəvanda 2016-cı ilin 21 sentyabr paradında nümayiş etdirilmiş "İsgəndər" raketlərindən imtina etməyə, onların Ermənistana məxsus olmadığını etiraf etməyə başlayıblar. Bu məsələ dövrü erməni mətbuatında da öz əksini tapıb. Məsələn, Ermənistanın populyar "1in.am” portalının şərhçisi Sarkis Arsruni «Bizim "İsgəndər"lər tam bizim deyil» başlıqlı məqaləsində bildirir ki, Rusiyanın 102-ci hərbi bazasına məxsus həmin raketlərin Ermənistana məxsusluğu iddası ətrafında qurulmuş təbliğat kampaniyası sadəcə aprel döyüşlərindən sonra əhalidə yaranmış rusofob əhval-ruhiyyəni zəiflətmək məqsədi daşıyırdı.   

Ermənistan indi müharibədən yayınmaq üçün müxtəlif üsullara əl atır. Məsələn, bunlardan biri işğal edilmiş bizə əraziləri  geri qaytarmaqla müharibənin vaxtını ən azı Serj Sarkisyanın hakimiyyət dövrü bitənə qədər uzatmaqla bağlıdır. Edvard Nalbandyanın sentyabr ayında erməni dasporunun İrəvanda keçirilən sammitindi bəzi ərazilərin qaytarıla biləcəyi barədə verdiyi bəyanat da bu qəbildən atılmış addım idi. "Nalbandyanın Ermənistanın bəzi ərazilərin qaytarılması ilə bağlı Azərbaycanla danışıqlar aparması barədə səs-küyə səbəb olmuş bəyanatı ya ilk başdan siyasi təlxəklik idi, ya da Azərbaycana elə az ərazilər təklif ediblər ki, danışıqlar sadəcə yerindən tərpənməyib”,- deyə Mixail Bleyayev vurğulayır.

İndi Ermənistan yeni variant ortaya atıb və bunu İlham Əliyevlə danışıqlardan sonra Cenevrədə erməni diasporu ilə görüşən Serj Sarkisyan açıqlayığb. O bildirib ki, ermənilər üçün əsas məsələ Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasıdır. Yəni indi nə ikinci erməni dövlətinin yaradılmasından, nə də Qarabağın Ermənistana birləşdirilməsindən söhbət belə getmir. Yəni ermənilər regionu Rusiyanın nəzarətinə vermək istəyirlər. Rus  ekspertlər bunu "Azərbaycanın döyüşü uduzaraq, müharibəni udması” kimi dəyərləndirirlər. Bu varinat qaçqınların geri qaytarılmasını nəzərdə tutur və  uzaq perspektivdə Qarabağın azərbaycanlıların çoxluq təşkil etdiyi, amma Rusiyanın nəzarət etdiyi tanınmamış ərazi statusunu vəd edir. Yəni regionun gələəcyi Rusiya - Azərbaycan münasibətlərindən çox asılı ola bilər. Təbii ki, bu variant da Azərbaycan üçün məqbul deyil və son 25 ildə müxtəlif variantlarda bu Azərbaycana təklif edilib və rəsmi Bakı razılaşmayıb.  

Erməni paytaxtından gələn son məlumatlar göstərir ki, ermənilər də artıq müharibədən qaça bilməyəcəklərini, SSRİ-in dağılması zamanı yaranan xaosdan istifadə edərək ələ keçirdikləri Azərbaycan torpaqlarının işğalını betonlaşdıra bilməyəcəklərini anlayırlar. Buna görə də Rusiyadan silah almaq üçün bağladıqları 100 milyon dollarlıq kredit müqaviləsini hansı istiqamətlərdə istifadə etməyin məqsədə uyğunluğu barədə danışmağa başlayıblar. Bəzi ekspertlər başqa ölkələrdən, məsələn Çindən silah almağı təklif edirlər. Lakin Ermənistanın miskin iqtisadiyyatı bazar qiymətləri ilə silah almağa nə dərəcədə imkan yaradacaq?  

Ermənilər Qarabağı haram yollarla - qonşuya xəyanətlə, dinc əhaliyə soyqırım törətməklə və s. ələ keçiriblər. Bu haram nəsillər boyu erməni xalqını təzyiq altında saxlayıb qan qusduracaq. Hətta Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra belə, ermənilər kölgə kimi onları izləyən cinayətlərin kəffarəsini ödəməli olacaqlar. Çünki boyunlarında Xocalı soyqırımının günah yükü var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol