• $
  • €
  • ₽
  • ₺
  • £

Ailənin tək oğlu ön cəbhəyə aparılmayacaq?

Ailənin tək oğlu ön cəbhəyə aparılmayacaq?
24.10.2017 13:25
Əsgər Cabbar Zeynalovun düşmən təxribatı nəticəsində şəhid olması Azərbaycanda ailənin tək oğul övladının ön cəbhəyə göndərilməsi məsələsini yenidən gündəmə gətirib. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı AzVision.az-a bildirib ki, bir oğul övladının ön cəbhədə hərbi xidmət keçməsi məsələsi həmişə müzakirə olunub.

Millət vəkili qeyd edib ki, ölkəmizdə ən başlıca amil insanların təhlükəsizliyini qorumaq, ailələrin bütövlüyünü təmin etməkdir: "Biz I Qarabağ müharibəsindən çox ağır nəticələrlə çıxmışıq. Yalnız onu vurğulamaq olar ki, 1988-1994-cü illərdə itirdiyimiz şəhidlər sadəcə 20 min olmayıb. Qurulacaq ailələrin və gələcəkdə hərbi xidmət çağırışçıların sayının azalmasına səbəb olub. 2006-2012-ci illərdə biz bu halı yaşadıq. Demoqrafik cəhətdən artım son illərdə özünü yaxşı cəhətdən göstərməkdədir. Buna qədərki dövrdə bir sıra hallarda dövlət təhsil sferasında olan güzəştləri də ləğv etməyə məcbur olmuşdu. Çünki önəmli olan sərhədlərimizin qorunması, vətənimizin təhlükəsizliyinin təmin edilməsidir”. 

Z.Oruc əlavə edib ki, əvvəllər də bu məsələlərdən danışarkən, ailənin tək uşaqlarına xüsusi yanaşılmasını istəmişdik: "Bunun özəl səbəbləri var. Onların tamamilə hərbi xidmətə aparılmamasını da qəbul edə bilmərik. Çünki burada reallıq fərqlidir. Azərbaycanda ailə planlaşdırılması daha çox 1 qız və 1 oğuldan ibarət olur. Belə olan halda tək oğulları hərbi xidmətə çağırmamaqdan söhbət getməli deyil. Həmin şəxslərin dislokasiya üzrə birbaşa döyüş bölgələrinə deyil, bir qədər arxa cəbhəyə yerləşdirilməsi daha yaxşı olardı. Ön cəbhədə olan halda onların ailəsi gələcək davamçısını itirə bilər”. 

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan dövləti ailəni və onların gələcəyini qorumaqda maraqlıdır: "Bizim üçün təhlükəsizliyin əsası məhz insanlar və onların övladlarının gələcəyini təmin etməsidir. Bununla bağlı parlamentdə əlahiddə qanunun qəbul edilməsinə ehtiyac duymuram. Azərbaycanın müvafiq orqanları da bu məsələdə həssaslığı nəzərə alırlar. Müharibə şəraitində, səfərbərlik elan olunacağı dövrdə, hər kəs kimi evin tək oğulları da cəbhənin istənilən bir bölgəsində vətəni qorumalıdırlar. Amma hazırki şəraitdə onların ikinci və ya üçüncü dislokasiya yelərində olması daha məqsədəuyğun olar”.

Qeyd edək ki, deputat Zahid Oruc bundan öncə də mövzu ilə bağlı təkliflər irəli sürüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol