• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin ev verdiyi məşhurlar (SİYAHI)

Prezidentin ev verdiyi məşhurlar (SİYAHI)
25.10.2017 17:22
Yerli şou-biznes nümayəndələrinə zaman-zaman dövlət başçısı tərəfindən sənətdəki uğurlarına görə mənzil hədiyyə edilir.

Anews.az cebhe.info-ya istinadən xəbər verir ki, bu dəfə Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xalq artisti Könül Xasıyevaya 3 otaqlı mənzil verilib.

Yeri gəlmişkən, bir çox sənət adamlarımıza mənzillər verilib.

Xalq artisti Aygün Kazımovaya 2009-cu ildə doğum günü hədiyyəsi olaraq, 3 otaqlı mənzil verilib. Sənətçi bir neçə il öncə həmin evi satmaq məcburiyyətində qalıb:

"Ölkə rəhbərliyi sənətimə qiymət verib, mənə ev bağışlamışdı. O qədər sevinirdim ki... Fikirləşirdim ki, bu evi bəzəyəcəyəm, ora köçəcəyəm. Məni o həddə gətirdilər ki, evi satdım. Yaradıcılığımla bağlı bir layihəni həyata keçirmək üçün bu addımı atmaq məcburiyyətində qaldım. Məni tələyə saldılar. Nə dedilər onu ödədim. Bu günə qədər sənətim sayəsində nə qazanmışdımsa, hamısını xərclədim. İndi də hər dəfə əlimə pul gələndə, düşünürəm ki, bunu nəyə xərcləyim: banka borcumu verim, klip çəkdirim, yoxsa mahnı alım? Mən yaşamalıyam, böyük qızımı dolandırmalıyam. Çox peşmanam ki, o layihəyə evimi qurban verdim. Şükürlər olsun ki, canım sağlamdır. Yenə işləyib, qazanacağam. İndi yaşadığım ev də o layihənin qurbanıdır. Mən ən dövlətli müğənniyəm. Layihələrimi toplasam, orada milyardlar və ürək var. "Səni belə sevmədilər” klipinin çəkilişi üçün maşınımı satdım. Məbləği dollarla ödəməliydim. Dolların məzənnəsi yüksəlmədən onu ödəmişdim. Həyatımda ilk dəfə ağıllı iş görmüşdüm”.

Əməkdar artist Aybəniz Haşımova da ev alan məşhurlardandır. Prezident İlham Əliyevin sərəncamı ilə sənətçiyə 2011-ci ildə mənzil verilib.

Xalq artisti, xanəndə Mənsum İbrahimov da ölkə başçısı tərəfindən evlə təmin olunan məşhurlardandır. 

Həmçinin xalq artistləri Canəli Əkbərov, Hacıbaba Bağırov, əməkdar artistlər Aygün Bəylər, aktyor və rejissor Elxan Qasımov da mənzillə təmin olunublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol