Azərbaycanda hansı nazirin ixtisası nədir?- ARAŞDIRMA

Azərbaycanlı nazirlərin hansı ali təhil müəssisələrini bitirdiyi araşdırılıb.
GoldNews.az-ın araşdırma nəticəsində məlum olub ki:
Artur Rasizadə– Azərbaycanın baş naziri. Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. İxtisasca mühəndisdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini,1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirib. İxtisasca hərbçidir.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. İxtisasca polisdir.

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. İxtisasca geoloqdur.

Vergilər naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. İxtisasca iqtisadçıdır.

Xarici İşlər naziri Elmar Məmmədyarov 1982-ci ildə Kiyev Dövlət Universiteti Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakülətəsini bitirib. Tarix elmləri namizədidir. İxtisasca diplomatdır.

Müdafiə Sənayesi naziri Yavər Camalov 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. İxtisasca mühəndisdir.

İqtisadiyyat naziri Şahin Mustafayev 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. İxtisasca mühasibdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini bitirib. 1987-ci ilin noyabrında namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. İqtisad elmləri doktorudur. İxtisasca iqtisadçıdır.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.İxtisasca iqtisadçıdır.

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetində Fulbrayt professoru vəzifəsində çalışıb.Tarix elmləri doktoru, professordur. İxtisasca tarixçidir.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsini bitirib, magistr dərəcəsi alıb. İxtisasca iqtisadçıdır.

Təhsil naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. İxtisasca hüquqşünas və iqtisadçıdır.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edən O.Şirəliyev professor, tibb elmləri doktorudur. İxtisasca həkimdir.

Ədliyyə naziri Fikrət Məmmədov 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib. İxtisasca hüquqşünasdır.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 1978-ci ilə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. İxtisasca ingilis dili müəllimidir.

Gənclər və İdman naziri Azad Rəhimov 1986-cı ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. İxtisasca müəllimdir.

Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri.Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib. İxtisasca iqtisadçıdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev. Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

Azərbaycan respublikasının energetika naziri Pərviz Şahbazov. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili ixtisası üzrə bitirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























