• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda rus desantlarla təkbətək döyüşən azərbaycanlı

Qarabağda rus desantlarla təkbətək döyüşən azərbaycanlı
28.10.2017 12:44
500 meyitin qan içində uzandığı qırğın meydanının tək qəhrəmanı

Rusiyanın tanınmış telejurnalisti, Qarabağ döyüşlərinin canlı şahidi olmuş publisist Aleksandr Nevzorovun Qarabağ döyüşlərindən tanıdığı bir azərbaycanlı haqınnda dedikləri yenidən gündəmə gəlib.

İstiPress-in məlumatına görə,  Nevzorov həyatında gördüyü ən qəhrəman döyüşçünün azərbaycanlı olduğunu bildirir.

Moskvada öz oxucuları ilə görüşən Aleksandr Nevzorov birdən-birə 1993-cü ildə çəkdiyi "Goranboy batalyonu” sənədli filminin qəhrəmanını - azərbaycanlı Vəzir Orucovu  xatırlayıb.

"Həyatımda gördüyüm ən igid insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, kirli, sərt siyənək iyi verən bir buşlat geyinmişdi.  Heç nə ilə seçilmir, saçları ağarmış, sadə insan idi”,- deyə o vurğulayıb.

Sonra o, Sərsəng su anbarının ətrafında baş vermiş döyüşlərdə özünün də yer aldığı Goranboy batalyonun geri çəkilməsindən danışır:

"Mən qəflətən "UAZ”a oturub işə salan bir nəfəri gördüm. Bu "UAZ” hamının geri çəkildiyi istiqamətə tərəf istiqamətlənmişdi -  cəhənnəmin, artıq 500 meyitin qan içində uzandığı qırğın meydanının içinə. Orda hər şey partlayırdı, dağılırdı, orda ermənilər hücum edirdilər. Mən bu bəstəboy insanın ora getmək istədiyin gördüm. Ona dedim ki, sən ağlını itirmisən? Qaytdı ki, orada yaralılar var. Əlbəttə, bir yerdə getdik. Orda səhnə tamamilə fərqli idi. Sən demə, orda hücum edənlərin heç biri erməni deyilmiş. Orda sən demə, Ermənistanın tərəfindən döyüşən Pskov desantları imiş. Dərədən buna görə azərbaycanlıları çıxara bilibmişlər. "UAZ”ı vurdular və bizi çıxardılar. Bizi güllələmək istədilər, amma Pskov desantları məni tanıdılar. Mənə dedidər ki, gəl keç bizim tərəfimizə. Mən də dedim ki, heç bir problem yoxdur.   Sonra soruşdular: "Bəs, bu "azer”i nə edəcəyik?” Mən də dedim ki, qoy getsin. Mənlə razılaşdılar və  şəbəkə ilə xəbər yaydılar ki, indi  "azer” qaçacaq, ona güllə atmayın. Bu insan - Vəzir, "UAZ” yaxınlaşıb uzun müddət əlləşdi və öz avtomatını çıxardı, geri dönüb mənimlə görüşdü. O qaçmadı, sadəcə getdi. O elə getdi ki, hətta Şeksprin bütün qəhrəmanları belə, bu cür gedə bilməzdi.  O, kürəyini dik tutaraq getdi və göstərdi ki, baxın o, sizin üçün hədəfdir, amma mən qaçmayacam. Hətta atəş səslərini eşidəndə  belə duruşunu pozmadı və addımlamaqda davam etdi”, - deyə Aleksandr Nevzorov xatırlayıb.  

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov 1992-ci ilin avuqst ayında gedən Sərsəng döyüşlərindən az sonra, sentyabrın 1-də gedən Çıldıran döyüşlərində düşmən tankını partlatmaq istəyərkən minaya düşüb yaralandı. Yaraları sağalarkən o, dekabr ayında Rusiyanın Argangelsk şəhərində yaşayan ailəsi, 5 yaşlı oğlu Camalla görüşə gedir.

Amma tezliklə geri qaydır və doğulduğu Tərtər rayonun ətrafının düşmən işğalından qurtulması üçün yenidən döyüşlərə qoşulur. Erməni işğalçıları ilə döyüş onun məxsus olduğu nəsil ağacının bir növ alnına yazılmışdı, atası Surxay Orucov Ermənistan SSR-ə verilmiş tarixi torpaqlarımızdan, konkret olaraq Dərələyəz mahalından  1949-cu ildə zorla çıxarılmış 150 min azərbaycanlıdan biri idi.

O, Şəhadət  Zirvəsinə 1993-cü il martın 22-də, Ağdərə ətrafındakı Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksəldi. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

Azərbaycan xalqı, xüsusilə Qarabağ camaatı Vəzir Orucuovun qəhrəmanlığını unutmur. Qarabağda yaşayan el şairi, şeirləri aşıqlar tərəfindən tez-tez ifa edilən Sərraf Şiruyə onun şərəfinə "Vətən sənə oğlu dedi” poemasını yazıb. Onun döyüş yolu hər bir Azərbaycan gənci üçün örnək olaraq qalacaq! 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol