• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ərdoğana təbrik məktubu göndərdi

İlham Əliyev Ərdoğana təbrik məktubu göndərdi
28.10.2017 13:05
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Oxu.Az verir ki, dövlət başçısı bu gün qardaş Türkiyənin öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəlilədiyini vurğulayır.

Prezident qeyd edir ki, dünyada və regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Türkiyəyə ən mötəbər beynəlxalq təşkilatların toplantılarını, yüksək zirvə görüşlərini keçirməyə imkan verir. Ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Türkiyənin Azərbaycanı bu forumlara dəvəti əsl qardaşlıq nümunəsidir.

Prezident İlham Əliyev əminliklə bildirir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
Dövlət başçısı türkiyəli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyir.

Prezident İlham Əliyev milli bayram münasibətilə Baş nazir Binəli Yıldırıma da məktub göndərib. Məktubda bildirilir ki, bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.

Dövlət başçısı inandığını bildirir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırıma möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol