İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev oktyabrın 28-də "Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 13 nəfər isə "Tərəqqi” medalı ilə təltif edilib.
18:57
İlham Əliyev R.C.Abdullayevin "İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev "İstiqlal” ordeni ilə təltif edilsin.
***
İlham Əliyev M.C.Qasımlının "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı "Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev H.M.Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev T.B.İsgəndərova "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aqrar təhsilin inkişafında xidmətlərinə görə Telman Bayram oğlu İsgəndərova "Əməkdar müəllim” fəxri adı verilsin.
İlham Əliyev Ə.C.Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 785-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























